Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib
Bakı, 6 oktyabr, AZƏRTAC
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib. Beynəlxalq təcrübə daha da dərindən öyrənilib və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi, onların müdafiəsi haqqında qanunu bu kontekstdə indiki şəraitdə zəruri və əhəmiyyətli hesab edirik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, qanun layihəsində xüsusi qeyd olunur ki, cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi sırasında bundan sonra məhz məlumat verən şəxslər də olmalıdır. Təbii ki, bu şəxslər öz razılığı ilə şahid qismində cəlb oluna bilərlər. Məhz bununla bağlı olaraq Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər təklif olunur. Nəhayət, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundakı yeniliyə görə, məlumat verən şəxslər, dövlət hesabına hüquqi yardım alacaqlar.
Fotoqraf – Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
- 06.10.2026 [14:27]