Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Bütün məlumatlar rəsmi “Fly to Baku” tətbiqində!

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 30-dan noyabrın 1-dək paytaxtımızda keçiriləcək “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” proqramı müasir incəsənətin müxtəlif ifadə formalarını bir araya gətirməklə yanaşı, tamaşaçını sənət prosesinin birbaşa iştirakçısına çevirən performans, immersiv və interaktiv layihələri də təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, proqramın bu hissəsində insan və təbiət münasibətləri, ekoloji məsuliyyət, yaddaş, inklüzivlik və gələcək nəsillərə ötürüləcək irs kimi mövzular araşdırılır.

“Çəkic” sənədli filmi “Sotheby’s” hərrac evinin keçmiş sədri de Purinin həyat və karyerasına nəzər salır. Rejissor Simon Vallon tamaşaçını incəsənət və biznes dünyasının kəsişməsinə apararaq, sənət əsərlərinin hərrac bazarında qazandığı dəyəri və bu prosesin arxasındakı münasibətləri araşdırır. Film de Purinin Bazeldə başlayan karyerasından, “Sotheby’s”dəki fəaliyyətindən və Damien Hirst, Jan-Mişel Baskiya və Pol Qogen kimi rəssamların əsərləri ilə bağlı hərrac rekordlarının formalaşmasındakı rolundan bəhs edir.

Gənc kəşfiyyatçılar üçün nəzərdə tutulmuş “Vəhşi beşlik” interaktiv ekoloji proqramı iştirakçıları Qafqazın beş rəmzi heyvanı — imperator qartalı, Qafqaz bəbiri, boz canavar, ceyran və qonur ayı ilə fərqli duyğular vasitəsilə tanış edir. Beş interaktiv ustad dərsində iştirakçılar heyvanların görmə, eşitmə, hərəkət və digər xüsusiyyətlərini təcrübə etməklə təbiəti onların qavradığı kimi hiss etməyə çalışırlar. Musiqi, hərəkət, səs və təbii materiallardan istifadə olunan proqramın sonunda iştirakçılar “Vəhşi beşlik”in simvollarını əks etdirən əl işləri hazırlayırlar. Bu proqramda müxtəlif yaş qruplarından uşaqlar iştirak edə bilərlər.

Proqramın davamı olaraq təqdim edilən “Vəhşi beşlik” performansı 30 dəqiqəlik teatr və musiqi tamaşasıdır. Aktyorların canlandırdığı imperator qartalı, Qafqaz bəbiri, boz canavar, ceyran və qonur ayı obrazları, maskalar, fiziki performans və canlı səslər tamaşaçını vəhşi təbiətin dünyasına aparır. Külək, otların xışıltısı, heyvan nəfəsi, qanad çırpıntısı və canavar ulaması vahid musiqi kompozisiyasında birləşir. Həm interaktiv proqram, həm də performans Daş Salnamə Muzeyində təqdim olunacaq. Bu tədbirə 10 yaşdan yuxarı uşaqlar qatıla bilərlər.

Rusiyalı sənətçi Konstantin Soldatovun “Bizim ev” adlı immersiv audiovizual tamaşa-meditasiyası isə tamaşaçını şəxsi yaddaş və Bakı ilə bağlı çoxqatlı səs dünyasına aparır. Təxminən 35 dəqiqə davam edən layihədə ənənəvi səhnə və tamaşaçı zalı anlayışı yoxdur. Məkanın memarlığı və interyeri dramaturgiyanın bir hissəsinə çevrilir. Tamaşaçı Xəzərin, xəzrinin, qağayıların və İçərişəhərin səsləri, yazıçının səsi və müxtəlif dillərdə səslənən personajlar vasitəsilə Bakının yaddaşında səyahət edir. Layihə Maqsud İbrahimbəyovun ev-muzeyində təqdim olunacaq.

“DanceAbility Azerbaijan”ın “Sərhədsiz uçuş” adlı inklüziv multidisiplinar layihəsi isə Müasir İncəsənət Mərkəzində keçiriləcək. Layihə imperator qartalı, digər yırtıcı quşlar və Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş quş növlərinə diqqət çəkir, insan fəaliyyəti və infrastrukturun onların yaşayış mühitinə təsirini araşdırır. İnklüziv rəqəmsal rəqs performansı, mətn və illüstrasiyalar, interaktiv oyunlar və panel müzakirələrini birləşdirən layihə əlilliyi olan insanların birbaşa iştirakı ilə hazırlanıb.

Daş Salnamə Muzeyində Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” əsəri Qobustanın qayaüstü sənətindən ilhamlanaraq Azərbaycanın təbii irsinin beş simvolunu müasir heykəltaraşlıq dili ilə təqdim edəcək. Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı əsərdə müasir yaddaşın obrazlarına çevrilir. Layihə qədim qayaüstü təsvirlərdən bu günə uzanan xətt vasitəsilə gələcək nəsillərə hansı təbii dünyanı miras qoyacağımız barədə düşünməyə dəvət edir.

Daş Salnamə Muzeyində təqdim olunacaq növbəti layihə - Elvin Nəbizadənin “Məsuliyyət radiusu” interaktiv əsəri insanla vəhşi təbiət arasındakı görünməz əlaqəni araşdırır. Qafqaz bəbiri və ceyranı təsvir edən iki heykəl xüsusi işıqlandırma vasitəsilə ziyarətçinin hərəkətinə reaksiya verir: insan əsərə yaxınlaşdıqda öz bədəni ilə işığın qarşısını kəsir və heyvan qaranlıqda qalır, geri çəkildikdə isə yenidən görünür. Əsər şəxsi davranışın nəticələrini və kollektiv məsuliyyət anlayışını fiziki təcrübəyə çevirir.

Miniatür Muzeyinin “Gələcəyin gəmisi” layihəsi isə canlı aləmin qorunması mövzusunu Nuhun gəmisi obrazı üzərindən araşdırır. İnsanlar, heyvanlar, quşlar və bitkilərlə dolu gəmi təbiət və sivilizasiyanın qarşılıqlı bağlılığının simvoluna çevrilir. Layihə klassik bestiarın canlı varlıqların obrazlarını qorumaq ənənəsini gələcəyin qorunması ideyası ilə əlaqələndirir.

 

Festival haqqında bu və digər detalları “Fly to Baku” mobil tətbiqini yükləyərək kəşf edin!

“Fly to Baku” mobil tətbiqi “İncəsənət həftəsonu”nun proqramını, tədbir və sərgi məkanlarını, yenilikləri və əvvəlki buraxılışlardan seçilmiş materialları bir platformada birləşdirir. Tətbiq ziyarətçilərə festival proqramını izləməklə yanaşı, Bakını incəsənət, mədəniyyət və yaradıcı təcrübələr vasitəsilə kəşf etmək imkanı yaradır. Tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçmək, iştirak etmək istədiyiniz tədbirləri və ziyarət saatlarını seçmək vacibdir. Qeydiyyatdan sonra profilinizdəki QR kod bütün seçdiyiniz tədbirlərinizə biletinizdir.

Festival proqramı Heydər Əliyev Mərkəzindən Şirvanşahlar Sarayına və Daş Salnamə Muzeyinə qədər Bakının müxtəlif mədəniyyət məkanlarını bir araya gətirir. Proqramın interaktiv xəritəsi ziyarətçilərə sərgi, performans və digər bədii layihələrin keçirildiyi məkanları kəşf etmək və incəsənət təcrübəsi ilə şəhər boyunca səyahət etmək imkanı yaradır. Beləliklə, oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək “İncəsənət Həftəsonu” çərçivəsində tətbiq vasitəsilə şəhərin müxtəlif məkanlarında təqdim olunacaq sərgilər, performanslar və digər layihələr haqqında məlumatları bir platformada izləmək mümkün olacaq.

“Fly to Baku” mobil tətbiqi Android və iOS istifadəçiləri üçün əlçatandır.

Əlavə suallar yarandıqda isə [email protected] ünvanına müraciət edə bilərsiniz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO