“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib
Bakı, 6 oktyabr, AZƏRTAC
“Azərkosmos” Maskatda keçirilən və kosmik sektorun nümayəndələrini bir araya gətirən “Oman Space Conference 2026” konfransında iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Kosmik siyasət və beynəlxalq əməkdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələr zamanı Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlığa, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə yanaşması təqdim olunub.
Konfrans çərçivəsində, həmçinin Yer səthinin müşahidəsi, kosmik sənayenin inkişafı və peyk rabitəsi məsələləri müzakirə edilib.
“Azərkosmos”un beynəlxalq tədbirdə iştirakı Azərbaycanın digər ölkələrlə kosmik sahədə əməkdaşlığının genişləndirilməsinə və bu sahənin inkişafının perspektivli istiqamətləri üzrə təcrübə mübadiləsinə töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]