Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun İsgəndərli kəndində fəaliyyət göstərən Şöhrət Ağakərim oğlu Zeynalova məxsus təndirxanada plandankənar yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı qida obyektində normativ- hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.