Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO
Quba, 6 oktyabr, AZƏRTAC
Quba şəhərində ölüm hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba şəhərinin SUM-12 yaşayış massivində qeydə alınıb.
1966-cı il təvəllüdlü İmran Allahverdiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.
Mərhumun qardaşı Ələddin Allahverdiyevin sözlərinə görə, hadisə oktyabrın 5-də saat 14-15 radələrində baş verib. Həmin vaxt evdə heç kim olmayıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Müxbir - Elxan Yusifli