Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu
Bakı, 6 oktyabr, AZƏRTAC
Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Böyük Britaniyadakı uğurlu çıxışını şərh edib.
Gimnast AZƏRTAC-a açıqlamasında yarışın onun üçün uğurlu keçdiyini bildirib: "Təsnifat mərhələsindən finalın sonuna qədər liderliyimi qoruya bildim. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Məhz bu səbəbdən dünya çempionatından əvvəl yoxlama yarışı kimi İngiltərədə keçirilən turnirdə iştirak etməyi seçdik".
Öz çıxışını dəyərləndirən idmançı azarkeş dəstəyini də xüsusi vurğulayıb: "Ümumilikdə, performansımdan razı qaldım. İngilis tamaşaçıların göstərdiyi böyük diqqət və dəstək isə məni xüsusilə xoşbəxt etdi".
Qeyd edək ki, Tofiq Əliyev Böyük Britaniyada keçirilən yarışlarda uğurla çıxış edərək iki qızıl medal qazanıb. Təmsilçimiz əvvəlcə Milli Yaş Qrupları finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha sonra Böyük Britaniya çempionatında iştirak edən gimnastımız final mərhələsində 29.100 xal toplayaraq növbəti qızıl medala sahib olub.
Müxbir-Mikayıl Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]
Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır
- 06.10.2026 [10:21]
Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq
- 06.10.2026 [02:00]
UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]