ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
Qahirə, 6 oktyabr, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdiyi vaxtdan bu ölkə ilə əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, iyulun 14-də bərpa edilən blokada çərçivəsində İran limanlarına gedən və ya oradan çıxan gəmilərin hərəkətinə nəzarət edilir.
CENTCOM-un rəhbəri admiral Brad Cooper qeyd edib ki, ABŞ ordusu blokadanı pozmağa cəhd edən gəmilərə qarşı çevik şəkildə müdaxilə edir. Mərkəzi Komandanlığın məlumatına görə, blokadanı pozan 13 gəmi sıradan çıxarılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]