Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Bakı, 6 oktyabr, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində dövlətin siyasi çəkisini yalnız onun iqtisadi və hərbi potensialı, ərazisinin ölçüsü və ya əhalisinin sayı ilə müəyyənləşdirmək mümkün deyil. Dövlətin beynəlxalq çəkisi həm də onun mövcud siyasi platformalarda hansı mövqedən çıxış etməsi, irəli sürdüyü təşəbbüslərin nə dərəcədə real nəticələr doğurması və müxtəlif tərəfləri ortaq maraqlar ətrafında bir araya gətirmək qabiliyyəti ilə ölçülür.

Bu baxımdan Azərbaycanın son illərdəki xarici siyasət təcrübəsi xüsusi diqqət çəkir. Azərbaycanın müxtəlif beynəlxalq və regional formatlarda iştirakı sadəcə diplomatik təmsilçilik xarakteri daşımır. Daha mühüm məqam ondan ibarətdir ki, ölkəmiz təmsil olunduğu platformalarda öz siyasi çəkisini formalaşdırır, real təşəbbüslərlə çıxış edir, həmin təşəbbüslərin həyata keçirilməsinə çalışır və bir sıra hallarda mövcud formatların funksional imkanlarının genişlənməsinə təsir göstərir. Bu, xarici siyasətin əsas keyfiyyət göstəricilərindən biridir. Çünki beynəlxalq təşkilata üzv olmaqla həmin təşkilatın gündəliyinə təsir göstərmək arasında prinsipial fərq var. Azərbaycanın təcrübəsində diqqət çəkən əsas xüsusiyyət məhz iştirakdan təşəbbüskarlığa, təşəbbüskarlıqdan isə real siyasi nəticələrə keçidin müşahidə olunmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətinin bu baxımdan xüsusi nümunə olduğunu qeyd edən deputat əlavə edib: “Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın əsas üstünlüyü yalnız təşkilata rəhbərlik etməsində deyil, Hərəkatın mürəkkəb beynəlxalq şəraitdə siyasi aktuallığının qorunmasına və onun institusional imkanlarının daha səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində özünü göstərdi. Azərbaycanın sədrliyi dövrü qlobal sistemin ciddi sarsıntılarla üzləşdiyi mərhələyə təsadüf etdi. Pandemiya, beynəlxalq münasibətlərdə qarşıdurmaların dərinləşməsi, çoxtərəfli əməkdaşlıq mexanizmlərinə inamın zəifləməsi və ayrı-ayrı güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi Qoşulmama Hərəkatının qarşısında yeni çağırışlar yaratmışdı. Belə bir şəraitdə Azərbaycanın fəaliyyəti Hərəkatın yalnız ənənəvi prinsiplərinin qorunmasına deyil, gündəlik beynəlxalq problemlərin həllində daha fəal mövqe tutmasına yönəldi.

Daha əhəmiyyətlisi isə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin formal müddətlə məhdudlaşmaması oldu. Sədrliyin uzadılması barədə qərarın qəbul edilməsi Azərbaycanın fəaliyyətinə verilən siyasi qiymətin göstəricisi kimi dəyərləndirilə bilər. Bu fakt bir daha göstərdi ki, beynəlxalq təşkilatda əldə olunan mövqe yalnız status məsələsi deyil, həmin statusun siyasi kapitala çevrilməsi üçün real fəaliyyət tələb olunur. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qazandığı təcrübə onun digər beynəlxalq platformalardakı fəaliyyətinə də təsir edən mühüm diplomatik kapital formalaşdırdı. Bu təcrübənin əsas xüsusiyyəti ondan ibarət idi ki, Bakı müxtəlif siyasi mövqeləri təmsil edən dövlətlərlə münasibətlər qurmaqla yanaşı, onları ortaq gündəlik ətrafında birləşdirə biləcəyini nümayiş etdirdi. Məhz bu xüsusiyyət Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində də özünü göstərir.

Coğrafi yerləşmədən funksional geosiyasətə keçid

Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərində iştirakı da məhz bu funksional bağlılığın siyasi müstəvidə tanınması kimi qiymətləndirilə bilər. Burada söhbət Azərbaycanın başqa bir regional təşkilata sadəcə qoşulmasından getmir. Daha mühüm məsələ onun iki regional məkan arasında əlaqələndirici rolunun institusional səviyyədə qəbul edilməsidir”.

Deputat qeyd edib ki, bu fakt Azərbaycanın xarici siyasətində yeni və növbəti uğurlu tendensiyanı – coğrafi yerləşmədən funksional geosiyasətə keçidi göstərir. Onun sözlərinə görə, müasir dünyada dövlətin regional əhəmiyyəti yalnız onun xəritədə yerləşdiyi məkanla deyil, müxtəlif regionlar arasında yaratdığı əlaqələrin miqyası ilə müəyyənləşir.

“Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq formatlarda fəallıq öz-özlüyündə məqsəd deyil. Məqsəd həmin formatları real əməkdaşlıq imkanlarına, siyasi dialoq platformalarına və milli maraqların müdafiəsi üçün əlavə mexanizmlərə çevirməkdir. Bu mənada Azərbaycanın diplomatik fəallığını ayrı-ayrı formatların imkanlarını bir-birini tamamlayan siyasi resursa çevirmək kimi qiymətləndirmək daha doğru olar.

Məhz bu yanaşma Azərbaycanın beynəlxalq sistemdəki mövqeyini daha çevik edir. Çünki dünya siyasətində qarşıdurmaların dərinləşdiyi bir şəraitdə yalnız bir siyasi mərkəzə və ya bir əməkdaşlıq platformasına bağlanmaq dövlətin manevr imkanlarını məhdudlaşdıra bilər. Müxtəlif formatlarda paralel iştirak isə əksinə, alternativ əlaqələr və yeni diplomatik kanallar yaradır. Azərbaycanın beynəlxalq siyasətində müşahidə olunan digər mühüm xüsusiyyət isə mövcud formatların canlandırılmasına yönəlmiş təşəbbüskarlıqdır. Dövlət yalnız hazır mexanizmlərdən istifadə edən iştirakçı kimi çıxış etdikdə onun rolu məhdud qalır. Əgər dövlət həmin mexanizmlərin gündəliyinə yeni məsələlər gətirir, onların institusional imkanlarını genişləndirir və yeni əməkdaşlıq istiqamətləri yaradırsa, artıq söhbət daha yüksəksəviyyəli siyasi təsirdən gedir. Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti bu baxımdan xüsusilə xarakterikdir. Mərkəzi Asiya Məşvərət Görüşlərində iştirakı isə ölkənin regional formatlar arasında yeni əlaqələr yaratmaq potensialını göstərir. İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində fəaliyyət isə Azərbaycanın İslam dünyasında həm siyasi, həm də iqtisadi əməkdaşlığın müxtəlif ölçülərində öz rolunu genişləndirdiyini nümayiş etdirir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açılanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir