Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Yəməndə avqustun əvvəlindən davam edən döyüşlər nəticəsində 184 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, sentyabrın 27-dən oktyabrın 3-dək təxminən 21 min 800 nəfər yaşayış yerini dəyişib. Bu, əvvəlki həftə ilə müqayisədə 26 faiz çoxdur. Oktyabrın 4-də isə təxminən 4 min 500 nəfər evlərini tərk edib.
Bildirilib ki, didərgin düşənlərin qida, sığınacaq və digər əsas humanitar yardımlara ehtiyacı var.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında 2014-cü ildən davam edən münaqişə son günlər yenidən şiddətlənib. Oktyabrın 4-də hökumət qüvvələri husilərin nəzarətində olan ərazilərin geri alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]