Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün Balaxanı qəsəbəsinə ekskursiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a SXA-dan məlumat verilib. Bildirilib ki, ekskursiya çərçivəsində iştirakçılar Balaxanının tarixi məkanlarını ziyarət edib, qəsəbənin küçələrində nümayiş etdirilən sənət nümunələri və divar rəsmləri ilə tanış olublar.
Eyni zamanda, benefisiarlar üçün müxtəlif mədəni və əyləncəli fəaliyyətlər təşkil olunub.
Qeyd edək ki, bu cür tədbirlər əlilliyi olan şəxslərin asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi məqsədilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]