Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
Ankara, 6 oktyabr, AZƏRTAC
İstanbul Maliyyə Mərkəzi 8-9 oktyabr tarixlərində Beynəlxalq İqtisadi Foruma ev sahibliyi edəcək. İştirakçılar qlobal iqtisadiyyatın üzləşdiyi problemlər və çətinliklər ətrafında müzakirələr aparacaqlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti də Türkiyə Mərkəzi Bankı tərəfindən təşkil edilən İstanbul İqtisadi Forumunda iştirak edəcək.
Forumda müxtəlif ölkələrdən 2 nazir, 16 mərkəzi bank sədri və 8 müavinin iştirak edəcəyi gözlənilir.
İstanbul İqtisadi Forumu qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı müzakirələr üçün nüfuzlu platforma olmağı hədəfləyir. Müzakirələr zamanı irəli sürülən təşəbbüslər beynəlxalq siyasi dialoq və əməkdaşlığı təşviq edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [13:41]