Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakıda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda ticarət-iqtisadi, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması və sənədlərin imzalanması nəzərdə tutulur.
Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvardır.
Fotoqraf - Nicat Haşimov
Videooperator - Şövqi Əzizov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]