Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir
Bakı, 6 oktyabr, AZƏRTAC
YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən səsləndirilən strateji fikirlər ümumilikdə Azərbaycan dövlətinin növbəti illərdə inkişaf istiqamətlərinin əsasını təşkil edən məsələlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev “YAP-ın Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusuna həsr olunmuş dəyirmi masada səsləndirib.
O bildirib ki, məsələyə xüsusilə Ermənistanla sülh müqaviləsinin imzalanması ətrafında mövcud qeyri-müəyyənlik kontekstindən yanaşmalıyıq. Bu qeyri-müəyyənlik təkcə Ermənistanın mövqeyindən qaynaqlanmır. Bizi qarşıdakı dövrdə nələrin gözlədiyi və növbəti 5-10 il ərzində necə hazırlaşmalı olduğumuz barədə düşünməliyik.
“2020-ci və 2023-cü illərin dərsləri, bundan sonra əldə etdiyimiz qələbənin beynəlxalq müstəvidə qəbul etdirilməsi istiqamətində apardığımız mübarizə və hazırkı şərait bütün bunları nəzərə almağı zəruri edir. Təbii ki, burada ilk vurğulanmalı məsələ milli gücün artırılmasıdır. Bu da qurultayda səsləndirilən əsas məsələlərdən biridir", - deyə deputat vurğulayıb.
Fotoqraf - Nicat Haşımov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]