KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
Bakı, 6 oktyabr, AZƏRTAC
“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən Beynəlxalq Kosmik Təhsil Şurasının (ISEB) təhsil şöbələri rəhbərlərinin görüşündə iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı kosmik təhsilin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənc nəslin kosmos sektoruna marağının artırılması ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin Ümumdünya Kosmos Həftəsi çərçivəsində Azərbaycanda keçirilən tədbirlər barədə məlumat verilib.
Görüş iştirakçıları kosmik təhsil sahəsində gələcək əməkdaşlıq imkanlarını və beynəlxalq təhsil təşəbbüslərinin həyata keçirilməsini müzakirə ediblər.