Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 22-də Qəbələ şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbələ və Oğuz rayonlarının sakinləri oktyabrın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonu vasitəsilə yalnız iş günləri və iş saatlarında qəbula yazıla bilərlər.
Bundan əlavə, vətəndaşlar nazirliyin rəsmi saytının “Əlaqə” bölməsinə elektron formada, həmçinin +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]