Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan məktəbliləri Vyetnamın Hanoy şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) 3 bürünc medal qazanıblar.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, sentyabrın 25-dən oktyabrın 5-dək keçirilən Olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurlu nəticə göstəriblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Ərtoğrul Məhərrəmli və XI sinif şagirdi Mehdi Qasımlı, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi Orxan Tağıyev bürünc medala layiq görülüblər. Orxan Tağıyev, həmçinin komanda yarışında qalib olub.
Azərbaycan komandasının Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı ölkə üzrə keçirilən Azərbaycan Astronomiya Olimpiadasının nəticələri əsasında formalaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]