Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Polşanın “TVP World” informasiya portalında Azərbaycanın tarixi və memarlıq irsinə, eləcə də Bakı şəhərinin formalaşmasında polşaəsilli memarların roluna həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif Ramiz Səlimovun ingilis dilində hazırladığı “Secretly Polish: the Polish architects behind the “Paris of the Caucasus” (“Polşanın gizli izi: “Qafqazın Parisi”nin arxasındakı polyak memarlar”) adlı məqalədə XIX əsrin sonu və XX əsrin əvvəllərində polşaəsilli memarların Azərbaycandakı fəaliyyəti, onların Bakı şəhərində inşa etdikləri məşhur tarixi binalar barədə məlumat verilir.
Məqalədə həmin dövrdə Azərbaycanın tarixi, xüsusilə Bakının memarlıq xüsusiyyətləri və şəhərin simasının formalaşmasında polşaəsilli memarların verdiyi töhfələr ətraflı şəkildə diqqətə çatdırılır.
Yazıda Bakı şəhərinin özünəməxsus memarlıq üslubu və tarixi siması vurğulanaraq, şəhərin “Qafqazın Parisi” kimi tanındığı qeyd edilir. Məqalə Azərbaycan və Polşa arasında tarixi əlaqələrə də nəzər salır. Yazıda iki ölkə arasındakı bağlar memarlıq irsi və XIX–XX əsrlərin qovşağında Bakının inkişafı kontekstində təqdim olunur.
Məqalə müsbət, eyni zamanda, neytral və tanıdıcı üslubda hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
- 06.10.2026 [14:27]