Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Özbəkistanın Buxara şəhərində üzərində Kufi yazıları olan Samanilər dövrünə aid suvaq panellərinin fraqmentləri tapılıb.
AZƏRTAC Uza informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyasının mütəxəssisləri bu fraqmentlərin qədim məscidin memarlıq dekorasiyasının bir hissəsi olduğunu müəyyənləşdiriblər.
Mütəxəssislərin sözlərinə görə, tapıntı Samanilər dövründə Buxaranın memarlıq xüsusiyyətlərinin, xüsusilə suvaq oyma və epiqrafik-dekorativ sənət ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Hazırda zəif vəziyyətdə olan suvaq fraqmentlərinin bərpası və qorunması üzrə işlər aparılır. Arxeoloji qazıntılar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]