Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Bakı, 6 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayındakı nitqi Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə ölkəmizə qarşı həyata keçirilən ikili standartların, qərəzli yanaşmaların, eləcə də Ermənistanın işğalçı dövlət kimi tanınmasına baxmayaraq, ona göstərilən dəstəyin bir daha xatırladılması baxımından mühüm əhəmiyyət daşıyır. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun əsas məqsədi Azərbaycan-Ermənistan münaqişəsinin həllinə və tərəflər arasında sülhün təmin olunmasına yardım göstərmək olsa da, bu format uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş real və nəticəyönümlü addımların atılmasına nail ola bilmədi. Əksinə illərlə davam edən nəticəsiz danışıqlar mövcud status-kvonun qorunmasına şərait yaratdı.

Mövzu barədə AZƏRTAC-a danışan beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirib ki, 1992-2020-ci illər ərzində Azərbaycana qarşı informasiya müharibəsi və qarayaxma kampaniyası olduqca intensiv xarakter daşıyıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququ müdafiə edib və humanitar hüquqa hörmətlə yanaşıb.

Peter Tase diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq ictimaiyyət üçün mühüm aktordur və BMT prinsiplərini, eləcə də iqtisadi rifah və ekoloji məsələlərə yönəlmiş qlobal təşəbbüsləri müdafiə edib. Buna baxmayaraq, erməni radikal qüvvələri uzun müddət ərzində Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirərək ölkənin beynəlxalq imicinə zərər vurmağa çalışıblar.

Bütün bunlar təbii ki, beynəlxalq hüququn və beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinin effektivliyi ilə bağlı ciddi suallar yaradırdı. Minsk qrupunun həmsədr dövlətlərinin beynəlxalq münasibətlər sistemindəki mühüm mövqeyi fonunda Ermənistana göstərdiyi dəstək münaqişənin həllini daha mürəkkəb geosiyasi prosesə çevirirdi. Bundan əlavə, Ermənistanın arxasında dayanan müxtəlif siyasi qüvvələr Azərbaycanın qarşılaşdığı çətinlikləri daha da artırırdı. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin tarixi əhəmiyyəti də məhz bu kontekstdə daha aydın görünür.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin fikrincə, 44 günlük Vətən müharibəsi xalqın vahid ideya və milli maraqlar ətrafında birləşməsinin əhəmiyyətini bir daha göstərdi. Onun sözlərinə görə, Ermənistanın arxasında müxtəlif dövlətlərin və siyasi qüvvələrin dayanmasına baxmayaraq, bu amil Azərbaycanın milli məqsədlərinə çatmasına mane ola bilmədi.

Ermənistan müxtəlif dövlətlərin siyasi və diplomatik dəstəyindən yararlansa da, Azərbaycan öz hərbi və siyasi imkanları hesabına ərazi bütövlüyünün bərpasına nail oldu. Bu qələbə xalqın iradəsini, ordunun gücünü və dövlətin siyasi iradəsini nümayiş idi.

Müharibədən sonrakı dövrdə də Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda təzyiq və siyasi təsir cəhdləri də davam etdirilib. Bu yanaşmalar, xüsusilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri zamanı da özünü göstərdi. Xarici təzyiqlər fonunda Azərbaycan öz ərazisində separatizmə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bununla da regionda yeni reallıq formalaşdı.

Azərbaycanın əldə etdiyi nəticə yalnız hərbi qələbə kimi deyil, uzun illər davam edən münaqişənin həlli baxımından mühüm siyasi və geosiyasi hadisə idi. Çünki uzun müddət mövcud olan status-kvonun qorunması və işğal faktorunun uzadılması müxtəlif siyasi dairələrin yanaşmalarında özünü göstərirdi. Buna baxmayaraq, Azərbaycan öz milli maraqlarından geri çəkilmədi.

Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədovun sözlərinə görə, Vətən müharibəsindən sonra da bəzi dairələrin Azərbaycana qarşı bəyanat və qətnamələrin qəbul edilməsi istiqamətində sistemli fəaliyyət göstərdiyi müşahidə olunurdu. Lakin bütün bu təzyiqlər Azərbaycanın milli maraqlarını qorumaq əzmini zəiflədə bilmədi. Azərbaycan dövləti suveren və müstəqil şəkildə siyasi təzyiqlərə qarşı dayanaraq strateji hədəflərinə nail oldu. Bütün bunlar göstərir ki, beynəlxalq hüququn müdafiəsi mühüm prinsip olsa da, onun təmin olunması üçün dövlətin öz milli maraqlarını qorumaq imkanına malik olması da vacibdir.

Nəticə olaraq qeyd edilməlidir ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər uzun illər davam edən işğal və nəticəsiz danışıqlar mərhələsindən sonra yeni geosiyasi reallığın formalaşmasına səbəb oldu. Bu proses bir daha göstərdi ki, dövlətin beynəlxalq mövqeyi yalnız diplomatik bəyanatlarla deyil, onun iqtisadi gücü, müdafiə qabiliyyəti, siyasi iradəsi və milli birliyi ilə müəyyənləşir.

Azərbaycanın təcrübəsi həm də göstərdi ki, mürəkkəb geosiyasi mühitdə milli maraqların qorunması üçün güclü dövlət modelinin formalaşdırılması əsas şərtlərdəndir. Ərazi bütövlüyünün və suverenliyin təmin olunmasından sonra qarşıda duran əsas vəzifə əldə edilmiş nəticələrin qorunması, ölkənin iqtisadi və hərbi potensialının daha da gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və regionda davamlı sülhün təmin edilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq