Urxan Ələkbərov: Prezident İlham Əliyevin irəli sürdüyü məsələlər Azərbaycanın uzunmüddətli inkişafını müəyyənləşdirir
Bakı, 6 oktyabr, AZƏRTAC
YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin irəli sürdüyü məsələlər yalnız cari siyasi proseslərin deyil, Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “YAP-ın Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusuna həsr olunmuş dəyirmi masada səsləndirib.
O bildirib ki, səsləndirilən tezislər ölkənin yeni mərhələdə milli təhlükəsizlik, ideologiya və inkişaf strategiyasının başlıca konturlarını müəyyənləşdirir. Bu baxımdan, qarşıya qoyulan strateji hədəflər dövlət və cəmiyyətin müxtəlif istiqamətlər üzrə fəaliyyətində əsas meyarlardan biri olmalı, onların həyata keçirilməsinə hər kəs öz töhfəsini verməlidir.
“Ölkəmizin bu inkişafının banisi Ümummilli Lider Heydər Əliyevdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə rektor əlavə edib.
Fotoqraf - Nicat Haşımov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 05.10.2026 [19:49]