Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
Praqa, 6 oktyabr, AZƏRTAC
Çexiya 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə qatılmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb. Qərarın təşkilati tələblər və büdcəyə düzəlişlərin zəruriliyi ilə bağlı olduğu bildirilib.
Çex Televiziyası 2027-ci il müsabiqəsinin yayım lisenziyasını da almayacaq. Buna görə tamaşaçılar yarışmanı “Avroviziya”nın yutub kanalında izləyə biləcəklər.
Qeyd edək ki, Çexiya müsabiqədə ilk dəfə 2007-ci ildə iştirak edib. Ölkənin ən yaxşı nəticəsini 2018-ci ildə Mikolas Yozef əldə edib. O, müsabiqədə 6-cı yeri tutub.
Xatırladaq ki, “Avroviziya-2027” Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]