Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
Bakı, 5 iyun, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində İsveç yığması ilə qarşılaşıb. Oyun Skandinaviya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb (25:19, 25:14, 25:23).
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun