Misir Efiopiya diplomatını ölkədən çıxaracaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Misir Efiopiyanın Əddis-Əbəbədəki Misir diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan etməsinə cavab olaraq, Qahirədəki Efiopiya səfirliyinin bir əməkdaşını ölkədən çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İxbariya” dövlət telekanalı məlumat yayıb. Bildirilir ki, diplomat 48 saat ərzində Misiri tərk etməlidir.
Qeyd edək ki, Efiopiya oktyabrın 1-də Misir səfirliyinin əməkdaşlarından birini “persona non qrata” elan edib. Qahirə qərarı əsassız hesab etsə də, Əddis-Əbəbənin addımına mütənasib cavab verəcəyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:34]
Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır
- 30.10.2026 [15:12]
Budapeşt-Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib
- 30.10.2026 [15:08]
Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub
- 30.10.2026 [14:24]