Volodimir Zelenski Rusiya ilə danışıqları real hesab etmir
Bakı, 31 may, AZƏRTAC
Rusiya ilə danışıqları real hesab etməyən Ukrayna Prezidenti Volodimir Zelenski imzalana biləcək hipotetik sülh razılaşmasının “tələ” olacağını düşünür.
AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət başçısı bu fikri “Guardian” qəzetinə müsahibəsində səsləndirib.
Qeyd edək ki, Kreml Ukraynadakı hazırkı vəziyyətin dinc məcraya qayıtması üçün heç bir əlamətin olmadığını dəfələrlə bildirib. Moskva problemin həllini “xüsusi əməliyyatın” hədəflərinə nail olmaqda görür və hesab edir ki, hazırda bunun yeganə yolu yalnız hərbi əməliyyatlarla mümkündür.
Kremldən verilən bəyanata görə, Ukraynadakı vəziyyət dinc məcraya yalnız faktiki vəziyyət və yeni reallıqlar nəzərə alınmaqla qayıda bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]