İQTİSADİYYAT
Ötən ay Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 10 min 904 müraciət cavablandırılmışdır
Bakı, 12 iyun (AZƏRTAC). 2014-cü ilin may ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 10 min 904 sual xarakterli müraciət cavablandırılmışdır.
Həmin müraciətlər əsasən qeydiyyat (19 faiz), vergi növlərinin tətbiqi (14 faiz), elektron imza (12 faiz), elektron xidmətlər (11 faiz), hesabatlar (10 faiz), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (4 faiz) və s. barədə olmuşdur.
Nazirliyin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, canlı rejimdə daxil olan müraciətlərin 95,7 faizi müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 4,3 faizi isə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilmişdir.
May ayında vergi ödəyiciləri tərəfindən 1248 dəfə vergi borcu, 598 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilmişdir. Həmin dövrdə vergi ödəyiciləri 205 min 851 halda mesaj göndərilməklə məlumatlandırılmışdır.
Cari ilin may ayında Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 362 min 312 daxilolma qeydə alınmışdır.