CƏMİYYƏT
Ötən gün qeydə alınmış 72 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 72 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər dünyasını dəyişib, 9 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.