MƏDƏNİYYƏT
Ötən ilin dekabrında bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar verilmişdir
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, ötən ilin dekabr ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə fiziki şəxs Əmirov Maarif Məmmədhüseyn oğlu Şirvan şəhəri, Naxçıvan küçəsi, 1/8 ünvanında yerləşən “Təbəssüm” mehmanxanasının, “Gilan” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Xətai prospekti, 51 ünvanında yerləşən “Qafqaz Park Hotel” mehmanxanasının, “Relax” Məhdud Məsuliyyətli Cəmiyyəti Lerik rayonunun ərazisində, Lənkəran-Lerik yolunun 33-cü kilometrliyində yerləşən “Relax” istirahət mərkəzinin, fiziki şəxs İsmayılov Məlik Mayıl oğlu Ağstafa şəhəri, Heydər Əliyev küçəsi, 35 ünvanında yerləşən “Qərb Hotel” mehmanxanasının, “Dəştvənd” Məhdud Məsuliyyətli Cəmiyyəti Masallı rayonunun Ərkivan qəsəbəsinin ərazisində yerləşən “Dəştvənd” istirahət mərkəzinin, “Sahil” Məhdud Məsuliyyətli Cəmiyyəti Şəki şəhəri, Bazar məhəlləsi, S.Mümtaz küçəsində yerləşən “Şəki sahil” mehmanxanasının, fiziki şəxs Əliyev Mehman Nizami oğlu Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi, 7 ünvanında yerləşən “Səda” mehmanxanasının, fiziki şəxs Məmmədov Rəhman İnqilab oğlu Şəki şəhəri, Şəhriyar küçəsi, 53A ünvanında yerləşən “İSSAM” mehmanxanasının, “Nişanə” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz rayonunun Seyidlikəndyeri kəndinin ərazisində yerləşən “Malibu” istirahət mərkəzinin və “Səməni” firması Mingəçevir şəhəri, H.Hüseynov küçəsi, ev 11 ünvanında yerləşən “Səməni” motelinin fəaliyyəti üçün lisenziyaya sahib olmuşlar.