MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Kiprli müğənni İvi Adamou “Eurovision-2012” mahnı müsabiqəsinin finalında oynaq ritmli mahnısı ilə zövqləri oxşamışdır
Bakı, 27 may (AZƏRTAC). Müğənni İvi Adamou “Eurovision-2012” mahnı müsabiqəsinin final şousunun keçirildiyi “Baku Crystal Hall”un səhnəsində Kipri “La La Love” mahnısı ilə təmsil etmişdir.
AZƏRTAC xəbər verir ki. İvi Adamou oynaq ritmli mahnısı, təqdim etdiyi performansı ilə zövqləri oxşamışdır.
Xanım müğənni cazibədarlığı və geyimi ilə bütün yarışma iştirakçılarından fərqlənmişdir.
Müğənninin səhnədə oynaq hərəkətləri təqdim etdiyi mahnı ilə bir-birini tamamlamışdır. Tez-tez dəyişən işıq effektləri isə Kipr təmsilçisinin ifasını daha da təsirli etmişdir.
İvi Adamou musiqi karyerasına Yunanıstanın “X-Factor” yarışması ilə başlamışdır. O, vokal potensialını və güclü xarakterini məhz həmin televiziya şousunda yüksək səviyyədə nümayiş etdirmişdir. Müğənni uşaq yaşlarından musiqi nəzəriyyəsini, vokal və piano ifaçılığının sirlərini mənimsəmişdir.