Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Paralimpiyaçılarımız bu ilin altı ayında 12 beynəlxalq yarışda 7 medal qazanıblar

Paralimpiyaçılarımız bu ilin altı ayında 12 beynəlxalq yarışda 7 medal qazanıblar

Bakı, 24 iyul (AZƏRTAC). Paralimpiyaçılarımız bu ilin altı ayında idmanın müxtəlif növləri üzrə 12 beynəlxalq yarışda iştirak edərək 7 medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) AZƏRTAC-a bildiriblər ki, bunu AMPK-nın vitse-prezidenti Şaiq Həmidov cari ilin altı ayında görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

Ş.Həmidov komitənin yarandığı 1996-cı ildən beş Paralimpiya Oyunlarında iştirak etdiyini və dinamik inkişafda olduğunu bildirib. O, qeyd edib ki, Paralimpiya Komitəsinin ötən il fevralın 8-də keçirilmiş konqresində AMPK-nın 2013-2016-cı illər üçün strateji fəaliyyət planı təsdiq edilib. Planda 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq tədbirlərinin görülməsi əksini tapıb. Planda cari ilin birinci yarısı üzrə nəzərdə tutulan bütün məsələlər həllini tapıb. Belə ki, respublikamızda paralimpiya hərəkatının genişləndirilməsi məqsədilə bir sıra tədbirlər keçirilib. Məhz bunun nəticəsində paralimpiya növləri 7-dən 12-yə çatdırılıb, gənclər arasında bu sahəyə maraq xeyli artıb. Artıq yeni yaranan adaptiv avarçəkmə, əlil arabasında qılıncoynatma, stolüstü tennis, kanoe, bossiya idman növləri üzrə formalaşdırılan komandalar bir sıra beynəlxalq yarışda iştirak edib. İdmançılarımız komanda yarışlarında ilk üç yerlərə sahib olublar.

2016-cı il Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmaq üçün idmançılarımızın ciddi hazırlaşdıqlarını bildirən Ş.Həmidov Azərbaycanın sentyabrda cüdo üzrə milli komandaların Amerikada keçiriləcək dünya çempionatında 15 nəfərdən ibarət idmançı ilə bütün çəki dərəcələrində təmsil olunacağını bildirib. “Bakı-2015” ilk Avropa Oyunlarında paralimpiya idman növlərində cüdo üzrə iki çəki dərəcəsində hər ölkədən bir qadın və bir kişi idmançının iştirakı nəzərdə tutulub.

Qeyd edilib ki, AMPK fiziki məhdudiyyətli insanlar arasında idmanın kütləviliyinin artırılması məqsədilə qeyri-paralimpiya idman növlərinin yaradılmasına da xüsusi diqqət yetirir. Artıq əlil arabasında idman rəqsi, boulinq idman növləri yaradılıb. Bu il qarşıya qoyulmuş əsas məqsədlərdən biri də milli komandaların maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdır. İdmanın inkişafına diqqət və qayğı göstərən Prezident İlham Əliyev paralimpiya idmanının maddi-texniki bazasının gücləndirilməsi və təkmilləşdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan AMPK-yə vəsait ayırıb. Artıq idmançıların fiziki hazırlıqlarının səmərəli təşkili və yarışlarda uğurlu çıxışları üçün zəruri avadanlıq və ləvazimat alınıb.

AMPK-nın şöbə müdiri, Uşaq Paralimpiya Komitəsinin idarə heyəti sədrinin müavini-icraçı direktor Kamal Məmmədov isə 2013-cü ilin avqustunda dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin (UPK) yaradıldığını vurğulayıb. UPK-nın əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları uyğun idman növlərinə cəlb etməklə ehtiyat idmançılar hazırlamaqdır.

UPK-nın hüquqi bazasının yaradılması, beynəlxalq standartların hazırlanması, sağlamlıq imkanları məhdud uşaqların tibbi təsnifatı sisteminin qurulması sahəsində UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində təlimlər təşkil olunub. Bu təlimlərin davamı olaraq bu ilin sentyabrında UNICEF-in dəstəyi ilə on nəfərdən ibarət UPK-nın nümayəndə heyətinin Londona təlim səfəri gözlənilir.

K.Məmmədov uşaq paralimpiya növlərinə cüdo, stolüstü tennis, bossiya, pauerliftinq və üzgüçülüyün daxil olduğunu bildirib. Ümumilikdə sağlamlıq imkanları məhdud 30-a yaxın uşaq peşəkar idmana cəlb olunub. Stolüstü tennislə məşğul olan 12 yaşlı Fəxri Soltanov cari ilin martında ilk beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medalın sahib olub. Ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan dörd yaşlı İmran Cəfərov UPK tərəfindən idmanın üzgüçülük növünə cəlb olunub və yaxın günlərdə ilk məşqinə başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib