Portuqaliyalı prorektor: COP30-un nəticələrinin real addımlara çevrilməsi vacibdir
Bakı, 15 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Ümid edirəm ki, COP30-un yekunları yalnız söz olaraq qalmayacaq. Əsas gözləntim ondan ibarətdir ki, dünya liderləri real addımlar ataraq iqlim dəyişikliyi və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində konkret tədbirlər həyata keçirəcəklər.
Bu barədə AZƏRTAC-a açıqlamasında Braziliyanın Belem şəhərində keçirilən COP30-un iştirakçısı, Portuqaliyanın Koimbra Universitetinin davamlılıq üzrə prorektoru, professor Patrisiya Pereira da Silva deyib.
Ekspert bildirib ki, planetin gələcəyi üçün kollektiv fəaliyyətin vacibliyi danılmazdır: “Bu sammitin nəticələri konkret qərarlara, effektiv mexanizmlərə və təxirəsalınmaz əməliyyatlara çevrilməlidir. Davamlılıq yalnız məqsəd deyil, mütləq prioritetdir”.
Professor COP30-un elm, siyasət və vətəndaş cəmiyyətini bir araya gətirən platforma kimi əhəmiyyətini qeyd edib və dünyanın bütün regionlarında ekoloji və sosial məsuliyyətin tətbiqində daha sıx əməkdaşlığa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]