Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və səyyar “ASAN qatar”la tanış olub [YENİLƏNİB-2] VİDEO

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzi işə saldı.

Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

“ASAN kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin bu ilin mayında imzaladığı Fərmanla bu mərkəzlərin yaradılması Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək.

Mərkəzdə dövlətimizin başçısının “ASAN xidmət” binalarının açılışı, həmçinin “Azərişıq”, “Azərsu”, “Azəriqaz” qurumlarının müxtəlif tədbirləri zamanı çəkilən fotolarından ibarət stend də var. Ümumi sahəsi 2800 kvadratmetr olan Mərkəzdə 3 qurum - “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək. Burada, eyni zamanda, bank və sığorta xidmətləri də təşkil edilib. Mərkəzdə 85 əməkdaş və 20 könüllü xidmət edəcək. Müasir İKT avadanlığı ilə təchiz olunan binada istirahət və stress əleyhinə otaqlar, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə növbə sisteminin tənzimlənməsi üçün xüsusi monitorlar, daim internetə açıq özünəxidmət kompüterləri, rüsumlar, xidmətlər haqqında məlumatları və ərizə nümunələrinin doldurulmasını əks etdirən “elektron məlumat köşkü”, “ASAN ödəniş” terminalları, “108 Çağrı mərkəzi”nə zəng köşkü quraşdırılıb.

Akademik Həsən Əliyev küçəsində yaradılan Mərkəzdə 40 avtomobil üçün yeraltı dayanacaq var. Bu Mərkəzin yaradılması Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə görülən əhəmiyyətli işlərin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Belə layihələrin icrası dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanı formalaşdırıb. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verildi. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə tutulmuş avtomatlaşdırılmış ödənişlər imkanı vaxtı gəldiyində ödənişləri istifadəçilərin əvəzinə icra edərək, bu barədə istifadəçini məlumatlandıracaq. Bu, mobil əməliyyat sisteminin Azərbaycan dilində yazılmış dövlət ödənişləri sektorunun ilk mobil tətbiqidir.

Qeyd edək ki, “ASAN viza” portalı vasitəsilə elektron viza almaq istəyənlər ödəniş etdikdən sonra həmin şəxsin vizası 3 iş günündə elektron poçt ünvanına göndəriləcək. Bu xidmət Azərbaycana gələn turistlərin sayının artmasında da mühüm rol oynayacaq. “ASAN viza” sistemi “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” dövlətimizin başçısının 2016-cı ilin iyununda imzaladığı Fərmana uyğun olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində yaradılıb.

Prezident İlham Əliyevə “ASAN Radio”nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verildi. 100 FM dalğasında yayıma başlayan radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Əsas missiyası maarifləndirmək olan radioda il ərzində 1200-dən artıq veriliş, 5500-dən çox ASAN xəbər buraxılışı, 18 mindən artıq maarifləndirici reportaj yayımlanıb.

Sonra dövlətimizin başçısına “ASAN könüllüləri” təşkilatının fəaliyyəti barədə məlumat verildi. Dörd il əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayan ilk 10 nəfərdən ibarət “ASAN könüllüləri” hərəkatı bu gün 10 mindən çox gənci özündə birləşdirir. Ötən dövr ərzində 35 mindən çox gənc “ASAN könüllüləri” sırasına qoşulmaq üçün müraciət edib. Könüllülər mindən artıq müxtəlif mövzulu təlimlərdə iştirak ediblər. Onlardan 700-dən çoxu asankadr.az portalı vasitəsilə müxtəlif şirkətlərdə işlə təmin olunub.

Könüllü qruplardan biri tərəfindən hazırlanmış “Prezidentim” adlı videoçarx nümayiş olundu.

Prezident İlham Əliyevə hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı “ASAN kommunal” mərkəzləri barədə də məlumat verildi. Bildirildi ki, 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.

Sonra dövlətimizin başçısı mərkəzin kollektivi ilə görüşərək çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Salam, sabahınız xeyir olsun. 

Bu gün Bakıda “ASAN kommunal” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu ilin may ayında mən müvafiq Fərman imzalamışam. Fərmana əsasən, “ASAN kommunal” mərkəzləri yaradılmalı idi. Birinci mərkəz artıq fəaliyyətə başlayır. Mənə verilən məlumata görə, yaxın gələcəkdə növbəti mərkəz də açılacaq. Bu, çox gözəl təşəbbüsdür, növbəti layihədir.

“ASAN xidmət” öz fəaliyyətini genişləndirir. “ASAN xidmət”, o cümlədən “ASAN kommunal” mərkəzlərində ən yüksək xidmət göstərilir və göstəriləcək. Bina da çox yaraşıqlıdır, çox gözəldir. Vətəndaşlar üçün də yaxşı şərait yaradılıb. Burada işləyənlər üçün yaxşı şərait yaradılıb. Bu, ölkəmizin müasirliyini, inkişafını göstərir, bizim siyasətimizi əks etdirir.

Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilibdir. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək.

Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik.

“ASAN xidmət” təşəbbüsü də sosial xarakter daşıyır. Çünki bu, vətəndaşlara göstərilən xidmətdir. Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər. Təsadüfi deyil ki, “ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir. Son bir neçə il ərzində 13 milyon müraciət olmuşdur. Yəni, bu, doğrudan da ölkəmizdə geniş vüsət alıb. Həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə - Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq.

“ASAN səyyar” xidməti göstərilir. Bu gün biz “ASAN qatar” sistemini də işə salacağıq. “ASAN viza” artıq fəaliyyət göstərir. Mənə verilən məlumata görə, artıq bu proses başlayır və əminəm ki, gələn il çox geniş vüsət alacaq. Bu da “ASAN”ın növbəti addımıdır. Beləliklə, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir. Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.

Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək.

“ASAN viza”ya gəldikdə isə bunun yaradılması da əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta “ASAN viza” hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artmışdır. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək.

2016-cı ilin sonunda bu yeni mərkəzi ziyarət edərkən bir daha görürəm ki, bizim təşəbbüslərimiz bu gün reallığa çevrilir, siyasətimiz konkret işlərdə özünü göstərir. Bu, belə də olmalıdır. Düzgün göstərişlər verilib, ancaq gərək yerlərdə də onlar icra edilsin. Mən bu mərkəzlərin, - 11 mərkəzin, bu, 12-cisidir, - hamısının açılışında olmuşam. Mən bu açılışlara gəlməyimlə bu hərəkata bir daha öz dəstəyimi göstərirəm və sizin fəaliyyətinizə yüksək qiymətimi ifadə edirəm.

Əlbəttə ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir. İki il bundan əvvəl mən könüllülərin birinci toplantısında onlarla görüşmüşdüm.

Nəhayət, bu mərkəzlərin bir xüsusiyyəti də var ki, burada iş yerləri açılır. Bu mərkəzdə təxminən yüzə qədər yeni iş yeri açılır. İşləyənlərin demək olar ki, hamısı gənclərdir və onların əksəriyyəti qadınlar, qızlardır. Bu da məni çox sevindirir. Çünki bizdə qadınlar da işlə təmin olunmalıdırlar. Beləliklə, biz həm işsizliklə bağlı uğurla mübarizə aparmış oluruq, həm də ki, qadınlar cəmiyyətimizin fəal üzvləri kimi dövlətimizə xidmət göstərmiş olurlar.

Mən sizi bu mərkəzin açılışı münasibətilə təbrik edirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram.

X X X

1 saylı “ASAN kommunal” Mərkəzində çalışan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Gülnar ALLAHVERDİYEVA burada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Cənab Prezident, xoş gəlmisiniz. Bu kommunal mərkəzdə Sizi gördüyümüz üçün çox sevinirik.

“ASAN xidmət” fəaliyyət dövrü ərzində vətəndaşlara yüksək standart və prinsiplər əsasında qayğı ilə xidmət göstərib. İndi isə bu təcrübə Sizin göstərişinizlə kommunal xidmətlərdə tətbiq ediləcək. Bununla da kommunal xidmətlər də “ASAN xidmət” standartına keçəcək.

Cənab Prezident, Siz ölkəmizdə vacib islahatlar aparır, əhalinin rifah halının yüksəldilməsi üçün daim çalışırsınız. Əmin olun ki, bu islahatları əhalinin hər bir təbəqəsi hiss edir. Xüsusilə də dövlətin sosial ədalət prinsipini qoruması və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi hər zaman Sizin diqqətinizdə olub. Elə sonuncu dəfə Tarif Şurasının kommunal xidmət haqları ilə bağlı qərarında güzəşt limitinin Sizin göstərişinizlə artırılması bunun bariz nümunəsidir. Bununla da aztəminatlı təbəqə sosial xidmət haqlarını ödəməkdə heç bir çətinlik yaşamayacaq.

Cənab Prezident, bu yeni mərkəzdə həm biz işçilər, həm də vətəndaşlar üçün yaxşı şərait yaradılıb. Bizim üzərimizə düşən vəzifə vətəndaşlara yalnız layiqli xidmət göstərməkdir. Biz “Azəriqaz”, “Azərişıq” və “Azərsu” qurumlarının əməkdaşları olaraq Sizə söz veririk ki, kommunal xidmətləri vətəndaşlara şəffaf, operativ və nəzakətlə çatdıracaq, hər bir vətəndaşımızın xidmətdən razı qalması üçün səylərimizi əsirgəməyəcəyik.

Yeni mərkəzlərin açılması gənclər üçün yeni iş yerləri deməkdir. Burada yüzdən artıq gənc mütəxəssis vətəndaşlara xidmət göstərəcək. Biz gənclərə belə müasir və innovativ iş yerində çalışmaq imkanı yaratdığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Bir daha təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra Prezident İlham Əliyev səyyar “ASAN qatar”la tanış olmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına gəldi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

Dövlətimizin başçısı səyyar “ASAN qatar”larda yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, ölkəmizdə geniş dəmiryolu şəbəkəsindən, mövcud infrastrukturdan, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara yeni konsepsiya ilə xidmət göstərilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev səyyar “ASAN qatar” xidmətinin fəaliyyətə başlamasını bildirən düyməni basdı.

“ASAN qatar”da ölkəmizdə dəmiryolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin “ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə yaradılıb. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 növ xidmət göstəriləcək. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib. Burada ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin xidmətləri üçün ayrıca pəncərə yaradılıb. “ASAN qatar”da 25 əməkdaş, 6 könüllü işləyəcək. Qeyd edək ki, bu günədək “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilən irihəcmli xüsusi avtobuslar səyyar formada əhaliyə xidmət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən avtobusların sayı artıq 10-a çatdırılıb. Təsadüfi deyil ki, 2013-cü ilin iyunundan bəri 915 minə yaxın vətəndaşa səyyar xidmət göstərilib. Odur ki, səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır. “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək. “ASAN qatar”ın ilk gedəcəyi məntəqə Qazax rayonu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və səyyar “ASAN qatar”la tanış olub [YENİLƏNİB-2] VİDEO

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

Süni intellekt əsasında işləyən çat-botlar yalan məlumatlar təqdim edir

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

“5 nəfər qışın soyuğunda çovğuna düşüb, həyatını itirdi” - Fərmayıl Cəfərovun ağrı-acılı həyat hekayəsi

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub VİDEO

Portuqaliyalı futbolçu: Məqsədim “Kəpəz”in Premyer Liqada qalmasına kömək etməkdir - MÜSAHİBƏ

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

® "Coca-Cola"nın İsmayıllı zavodunda 100-dən artıq sakinin işlə təminatı planlaşdırılır

Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq

Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

İrakli Zarkua: İsveç və Danimarka marjinal qrupları maliyyələşdirən adi ölkələrdir

Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib

ADY və FHN növbəti birgə təlim keçirib

“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Millinin baş məşqçisi: İnkişaf Kubokunda məqsədimiz maksimum dərəcədə uğurlu çıxış etməkdir

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

Maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub

Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 201 medal qazanıblar

İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır

® “AccessBank” tender elan edir

Zahid Xəlil: Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN

Qazaxıstanda atom energetikası, İT və PUA konstruksiyası üzrə mütəxəssislər hazırlanacaq

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında ƏSASNAMƏ

Avropa çempionatı: Azərbaycan badminton millisinin qrup oyunlarının təqvimi açıqlanıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın yeniyetmə taekvondoçusu Türkiyədəki turnirdə gümüş medal qazanıb

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ÜST uşaqlarda onkoloji xəstəliklərin yeni ödənişsiz müalicə proqramına start verir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Parisdə əlillər etiraz nümayişi keçiriblər

Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində

® “Google” əməkdaşı məktəblilərimizə master-klas keçib

“Best Beef” əmtəə nişanlı sosis məhsulu və kolbasanın tərkibində etiketində bəyan edilməyən donuz əti DNT-si aşkarlanıb

DYP: Meteohəssas insanlarda narahatlıq sürücülük qabiliyyətinə təsir göstərir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyir

Pyerluici Kollina penalti zərbəsi ilə bağlı maraqlı təklif irəli sürüb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İİTKM: Azərbaycanın iqtisadi artım tempi investisiyaların cəlb edilməsinə imkanlar yaradır

Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır - ŞƏRH

Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər

® Azərbaycan Cüdo Federasiyası yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Zamanla Qarabağ mətbəxinin fərqli xüsusiyyətləri formalaşıb

Türkiyənin naziri: Türkmənistan qazının ölkəyə tədarükü martın 1-dən başlayacaq

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

BMU-da Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

Səfir: Britaniya Trampın mandatına hörmət etməlidir

Qəbələdə çaydan qadın meyiti tapılıb

İstanbulda saxta xərçəng dərmanı istehsal edən qrup zərərsizləşdirilib

Avropada qazın qiyməti son iki ilin maksimumuna çatıb

Maskın başçılıq etdiyi konsorsium “Open AI” üzərində nəzarətə görə 97 milyard dollar təklif edib

“Batareyaları təhvil ver, təbiəti qoru”: 100 kiloqram işlənmiş batareya toplandı

Qarabağın toy adətləri: Zamanın süzgəcindən keçən ənənələr

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

Aİ ölkələrində qazın bahalaşması yay aylarında 3 milyard avro zərərlə nəticələnə bilər

Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub

Fransızların 60 faizi maaşlarından narazıdır - SORĞU

Dələduzluq edənlər saxlanılıblar

Bakıdan başlanan uğur hekayəsi: Esmira Məmmədovanın unikal sənəti

Dünyada vəbaya yoluxma halları kəskin artıb

İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

Vinisius Junior mövsümün sonunda “Real Madrid”i tərk edə bilər

“Qobu” ES-də 6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Çinin elektromobil nəhəngindən sürücülərə əlverişli təklif

BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciət qəbulu başlayıb

Qarabağ Universiteti tələbələrinin imtahan təəssüratları

Santorini adasında 12 800 yeraltı təkan qeydə alınıb

FIFA agenti: Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır

Rəqəmsal İnkişaf Konsepsiyasının müddəalarının icrası çərçivəsində müzakirə aparılıb

“Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Lənkəranda avtomobil kanala aşıb

“Azerbaijan Journal of Physiology” jurnalı beynəlxalq indekslənmə bazasına daxil edilib

Elmdə qadın və qızların rolu müzakirə olunub

PKK tərəfindən İstanbul bələdiyyələrinə sızdırılan on şübhəli şəxs saxlanılıb

“Qarabağ geyimləri xalqımızın kimliyini və estetik dünyagörüşünü yaşadan dəyərli irsdir” - MÜSAHİBƏ

Sabah hava əsasən yağmursuz keçəcək