Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir

Bakı, 13 avqust (AZƏRTAC). Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

Görüş iştirakçılarını salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Bir neçə gündən sonra bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcəkdir. Bu bayram ərəfəsində müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri ilə görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələr ilə bizim çox sıx əməkdaşlığımız vardır. İkitərəfli formatda əlaqələr güclənir, genişlənir və demək olar ki, bütün sahələri əhatə edir. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı ildən-ilə artır. Keçənilki görüşdə mən hətta demişdim ki, bir neçə ildən sonra bu masada artıq yer qalmayacaqdır. Yəni, bütün bunlar onu göstərir ki, doğrudan da, ikitərəfli formatda əlaqələrimiz güclənir, genişlənir və bu, bizi çox sevindirir.

Azərbaycan da öz xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Biz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin mövqeyini müdafiə edirik və bu qarşılıqlı dəstək bizi daha da gücləndirir.

Onu da qeyd etməliyəm ki, biz nəinki ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdiririk. Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma üzv ölkələrin dəstəyini daim hiss edirik. Birləşmiş Millətlər Təşkilatında qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Keçən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu seçkilərdə müsəlman ölkələrinin çox böyük rolu olmuşdur. 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi, eyni zamanda, müsəlman aləminə olan hörmətin təzahürü idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də biz daim müsəlman ölkələrinin dəstəyini hiss etmişik. Bu dəstək bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq hüquq normaları kobudcasına pozulur. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri pozulmuşdur. Azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Yenə də Xocalı soyqırımının rəsmən soyqırımı kimi tanınması müsəlman aləmindən başlamışdır. Xocalı soyqırımını soyqırımı kimi birinci Pakistan dövləti tanımışdır və buna görə biz qardaş ölkəyə minnətdarlığımızı bildirmək istəyirik.

Bildiyiniz kimi, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Missiyanın məruzəsində açıq-aydın göstərilir ki, bütün binalar, evlər, müqəddəs din ocaqlarımız ermənilər tərəfindən dağıdılmışdır. İşğal edilmiş ərazilərdə bütün müsəlman məscidləri ermənilər tərəfindən yerlə yeksan edilmişdir.

Biz Azərbaycanda İslam həmrəyliyinin güclənməsinə də böyük əhəmiyyət veririk. Xüsusilə, indiki zəmanədə buna daha da böyük ehtiyac vardır.

Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsini İslam aləmi tərəfindən bizə verilən böyük dəstək kimi qiymətləndiririk. Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır. İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır.

Əlbəttə, biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx birləşsin, qarşımızda duran problemlər həll olunsun, gələcəkdə bir-birimizə daha da böyük dəstək verə bilək. Biz istəyirik ki, bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin, vətəndaş müharibəsinə yol verilməsin.

Əfsuslar olsun ki, Azərbaycanda da müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi baş vermişdir. Bundan böyük faciə ola bilməz. Biz qardaş qanının axıdılmasına imkan verməməliyik.

Ərəb Liqasının Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeyini, bildiyiniz kimi, Azərbaycan ilk günlərdən dəstəkləmişdir. Biz bu gün də bu dəstəyi veririk. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında da Ərəb Liqasının mövqeyini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik.

Yenə də demək istəyirəm ki, biz bütün dövrlərdə, müstəqillik dövründə İslam ölkələri ilə daha da yaxın olmaq üçün səylər göstərmişik. Hesab edirəm ki, bu gün bu əməkdaşlıq ən yüksək səviyyədədir. Biz bir-birimizi bundan sonra da dəstəkləməliyik, bir-birimizə siyasi dəstək verməliyik.

Dünya miqyasında bəzi hallarda İslam haqqında qəsdən yayılan şayiələrə birgə mübarizə ilə cavab verməliyik. İslamı terrorla bağlamaq cəhdləri böyük günah və böyük cinayətdir. Biz buna qarşı birgə səylərlə daha da ciddi mübarizə aparmalıyıq. Terrordan ən çox zərər çəkən müsəlman xalqları olmuşlar.

Hörmətli səfirlər, mən bir daha sizi salamlayıram. Yenə də demək istəyirəm ki, əməkdaşlığımızın çox gözəl tarixi və gözəl gələcəyi vardır. Qarşıdan gələn müqəddəs bayram münasibətilə bir daha sizi və təmsil etdiyiniz xalqları təbrik edirəm.

X X X

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi KILIÇ görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Diplomat belə görüşlərin məhz Prezident İlham Əliyevin sayəsində xoş ənənəyə çevrildiyini dedi.

Qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından dövlətimizin başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışdı. Hulusi Kılıç ölkəmizin bu gün dünyada artan siyasi və iqtisadi nüfuzundan da bəhs edərək dedi:

- Bu gün Azərbaycan yalnız regional deyil, eyni zamanda, beynəlxalq proseslərə, meyllərə bilavasitə təsir edən mühüm ölkələrdən birinə çevrilmişdir. Keçən il Azərbaycana edilən yüksək səviyyəli səfərlər silsiləsi və Azərbaycanda keçirilən əhəmiyyətli tədbirlər bunun bariz göstəricisidir. Biz Azərbaycanda iqtisadi və sosial sahələrdə davam edən uğurlu dinamik islahatlar prosesini və müsbət dəyişiklikləri səmimi diqqət və məmnuniyyətlə müşahidə edirik. Bu prosesin ən parlaq və inandırıcı sübutlarından biri isə hazırda dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın milli iqtisadiyyatının inkişafı istiqamətində dərin təsir bağışlayan nəticələr göstərməkdə davam etməsi və ölkədə həyata keçirilən infrastruktur layihələri təşkil edir. Təbii ki, bütün bunların arxasında düzgün və düşünülmüş iqtisadi islahatlar durur. Siz, cənab Prezident, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi islahatları müvəffəqiyyətlə davam etdirirsiniz. Azərbaycan xalqı artıq bu islahatların bəhrəsini görür.

“Müsəlman ölkəsinin nümayəndəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına böyük dəstəklə üzv seçilməsi bizə sonsuz qürur verir və bundan çox məmnunuq”, - deyən Hulusi Kılıç vurğuladı ki, bu, Azərbaycan üçün müstəqilliyinin 20 illiyinə töhfə və dünya birliyi tərəfindən ölkəmizin böyük nüfuza malik olduğunun göstəricisidir. Səfir dedi:

- Azərbaycanın humanitar sahədəki uğurlarının da miqyası çox böyükdür. Bu baxımdan Azərbaycan təmsilçilərinin “Eurovision-2011” mahnı müsabiqəsindəki parlaq qələbəsi bütün müsəlman dünyası üçün çox böyük hadisə olmuşdur. Bu ilin mayında “Eurovision–2012” mahnı müsabiqəsinin Bakıda səmimi qonaqpərvərlik və yüksək təşkilatçılıq ilə keçirilməsi müsəlman dünyasını çox sevindirdi. Müsəlman ölkələrinin səfirləri və nümayəndələri olaraq Sizi bu müvəffəqiyyət münasibətilə təbrik edirik. Həmçinin Azərbaycanın İslam ümmətinin zəngin mirasının yenidən canlandırılması, inkişaf etdirilməsi istiqamətində intensiv təşəbbüslərini də məmnuniyyətlə qeyd edirik. Bunun ən bariz nümunəsi Azərbaycanda hər il keçirilən Beynəlxalq Muğam müsabiqəsidir. İslam ümmətinin nümayəndələri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün acısını, əzabını, sıxıntısını yaşamış azərbaycanlı qardaşlarımızın kədərini və üzüntüsünü paylaşırıq. Müsəlman ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq qətnamələrinin tətbiq edilməsi və beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, bütün qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması şərti və sülh yolu ilə həllində Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir.

Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək dini tolerantlığın, sivilizasiyalararası dialoqun mövcud olduğunu bildirən türkiyəli diplomat ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının tədbirlərində fəal iştirakının, müsəlman dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki təşəbbüslərinin və bu məsələdə əhəmiyyətli rol oynadığının şahidi olduğunu diqqətə çatdırdı.

Müasir dünyada ölkələrarası dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin önəminə toxunan Hulusi Kılıç görüşə görə Prezident İlham Əliyevə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından bir daha təşəkkürlərini çatdıraraq dedi:

- Hörmətli Prezident, mübarək Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hamımız üçün çox mühüm olan ayda bu gün keçirdiyimiz görüş üçün Sizə bir daha ən dərin təşəkkürlərimizi bildiririk. Sizə fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan qardaş Azərbaycan xalqına və İslam dünyasına bərəkət, rifah, müvəffəqiyyət, xoşbəxtlik, güc və firavan həyat diləyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər bəlli olub

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırılıb

Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib

Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayıb

Ermənistan XİN-in rəhbəri ABŞ-da Azərbaycan tərəfi ilə görüşə hazır olduğunu bildirib

Mərakeşin iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri ilə görüş olub

Romada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib VİDEO

"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması

Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçilib

Nazir: Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam edib

Balakən və Şəkidə piyada keçidlərindən istifadə etməyən piyadalar barəsində qanunamüvafiq tədbir görülüb

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Bakıda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş

“Fövqəladə halların idarəedilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü olub

İtaliya saytı Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququndan yazıb

Moldovada Müslüm Maqomayevin barelyefi açılıb

Antalyada 13-cü Beynəlxalq Kurort Turizm Konqresi keçirilir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun sədri “Yüksəliş” qalibləri ilə görüşüb

Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Ermənistan hökumətinin xaotik addımları aqoniya əlamətidir: “Böyük qardaşın” dəyişməsi nəticəni dəyişməyəcək - ŞƏRH

Siyasi ekspert: Növbədənkənar prezident seçkiləri milli hədəflərimizə çatmaq üçün yeni bir başlanğıc olacaq

Yaşıl enerji ilə bağlı həyata keçirilən tədbirləri ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı hesab etmək olar - ŞƏRH

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilir

Beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Ədəbiyyat İnstitutunda gürcü alimlərlə görüş

Peşə təhsili müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib

Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub

Bu il Qafqazşünaslıq İnstitutu əməkdaşlarının 62 məqaləsi xarici mətbuatda işıqlandırılıb

Koreya Milli Assambleyasının üzvü: Azərbaycanla münasibətlərimizin inkişafı üçün böyük potensial mövcuddur

BDU-da tədbir: “Heydər Əliyev ideyaları - Yeni Azərbaycanın dövlətçilik irsi”

Xarici investor Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat investisiya qoyub

Finlandiyada həmkarlar ittifaqları hökuməti tətillə hədələyir

Məhkum Dilək Şaban qızının arzusu reallaşdı

Azərbaycanın müəllifi olduğu reallıqlar beynəlxalq səviyyədə dəyərləndirilir ŞƏRH

Nicat Abbaslı: Azərbaycana bu ilin yanvar-noyabr aylarında 1,8 milyondan çox turist gəlib

Naxçıvan və Ankara arasında səhiyyə sahəsində mübadilə proqramı başlayacaq

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilib YENİLƏNİB

BMU-da “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edəcək

Ədliyyə naziri Şabranda vətəndaşlarla görüşüb

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı keçirilib

UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

Opera və Balet Teatrının gənc solisti ilk dəfə Məcnun rolunda

Prokurorluq işçiləri “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlimə 84 dinləyici cəlb edilib

Brüssel Pekindən Avropa biznesinin Çin bazarına çıxışını sadələşdirəcəyini gözləyir

MTK mülkiyyətçilərdən çoxmənzilli binalarda sayğacların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?

40 region, 60 fermer, 80-ə yaxın müxtəlif çeşiddə məhsul – həftəsonu yarmarkası

Qahirədə "Heydər Əliyevin düşüncələrində ərəb və İslam aləmi" adlı kitabın təqdimat mərasimi olub

Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir – ŞƏRH

İtaliya telekanalı Qərbi azərbaycanlılarla bağlı videosüjet hazırlayıb VİDEO

Aygün Əliyeva: Əminəm ki, forum ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edəcək

Qaranlığı nura boyayan elm fədaisi

Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Azərbaycanın Baş naziri Böyük Britaniyanın Dövlət katibinin müavini ilə görüşüb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri KİV-ə birgə açıqlama veriblər

Qran-Pridə uğurla çıxış etmiş paracüdoçular Vətənə qayıdıblar

Bosniya və Herseqovinada Ulu Öndər Heydər Əliyev haqqında kitab çapdan çıxıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəlib

Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb

İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib

ARDNF-nin AÇG-dən əldə etdiyi gəlir açıqlanıb

Erməni diversant 18 il müddətinə azadlıqdan məhrum edilib YENİLƏNİB VİDEO

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

Avtomobilin seriyasını dəyişərək elektron cərimələrdən yayınmağa çalışan sürücü məsuliyyətə cəlb edilib

Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU növbəti dəfə beynəlxalq reytinq siyahısında yer alıb

Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər 1,3 milyard dolları ötüb

Bakıdakı Rus evində Beynəlxalq Könüllülər Günü qeyd olunub

Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Könüllülük Həftəsi çərçivəsində gənclər arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir

Tofiq Məliklinin “Türkbilimi yazılarımdan seçmələr” kitabının təqdimatı olub

Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Coğrafiyaçı tələbələr “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər

Türkiyə ilə Azərbaycan arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlar müzakirə olunub

Salyanda maarifləndirici tədbir: “Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik”

“Gəncə” voleybol klubunun baş məşqçisi: Mükafatçılar sırasında olmaq istəyirik

ABŞ və Ukrayna müdafiə nazirləri 2024-cü ilin əməliyyatları planını müzakirə ediblər

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işini Ağdamda davam etdirir

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin sədri Şəmkirdə vətəndaşlarla görüşəcək

Hərbi Prokurorluqda tədbir: Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək

Türkiyənin təhlükəsizlik qüvvələri bu il 2 mindən çox terrorçunu zərərsizləşdirib

Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş nazirinin görüşü olub

Azərbaycan müəllimlərinin XVI qurultayında müzakirə ediləcək mövzular açıqlanıb

Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib

Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

“Masdar” metanoldan hazırlanan aviasiya yanacağının sınağını keçirib

Şahin Mustafayev “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb