Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata birgə bəyanatlarla çıxış ediblər VİDEO

Budapeşt, 11 noyabr, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 11-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Macarıstanın Baş naziri Viktor Orbanın

bəyanatı

 

- Xanımlar və cənablar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi böyük səmimiyyətlə salamlamaq istəyirəm. Gördüyünüz kimi, biz bir sıra mühüm strateji sənədləri imzaladıq. Aydındır ki, bu sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər Avropa İttifaqının da maraqlarına uyğundur. Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər bir neçə dövlət tərəfindən ikitərəfli əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan ilə çox uğurlu əməkdaşlıq həyata keçirilir. Çox şadam ki, Macarıstan da həmin Avropa İttifaqı dövlətlərinin sırasındadır və ölkələrimiz arasında uğurlu əməkdaşlıq davam edir.

Xanımlar və cənablar, ölkələrimiz arasında bənzərliklər çoxdur. Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür.

Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız vardır.

Cənab Prezident, ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadi inkişaf baxımından çox gözəl şərait yaradır. Bu gün mən onu qeyd edə bilərəm ki, bu il Macarıstanda iqtisadi artımı üç faiz təşkil edir. Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir. Mən cənab Prezidentə təşəkkürümü bildirmək istərdim ki, Macarıstana özü ilə işgüzar dairələrin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti gətirib.

Bizim xüsusi əhəmiyyət verdiyimiz sahələrdən biri enerjidir. Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər.

Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik.

Diqqətinizə çatdırmaq istərdim ki, bu regionda heç də bütün dövlətlər bizim kimi düşünmür. Bizim bir neçə qonşumuz var ki, hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməyib. Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik. Ona görə də bu fürsətdən istifadə edərək qonşu dövlətlərə səslənirəm və Avropa İttifaqındakı tərəfdaşlarımızı dəvət edirəm ki, vahid enerji bazarının yaradılması üçün zəruri addımlar atsınlar.

Xanımlar və cənablar, burada ikinci məsələ isə insan amilidir. Bizim əməkdaşlığımızın tərkib hissələrindən biri də təhsil sahəsidir. Biz müvafiq sənəd imzaladıq və bunun sayəsində 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaqdır.

Biz paytaxtlar arasında da əməkdaşlığı təşviq etmək əzmindəyik. Bu gün bizim çox ümidverici müzakirələrimiz oldu. Əminəm ki, vahid məqsədləri vurğulamış olduq. Bizim məqsədlərimizin biri isə Macarıstan universitetlərindən birinin fakültəsinin Azərbaycanda açılmasıdır. Bizim ali təhsil ocaqlarımız bu işdə azərbaycanlı həmkarları ilə çalışmağa hazırdır. Bir sıra digər sahələr də müəyyən etmişik. Hər iki hökumətin üzvlərinə müraciət edərək onları bu işdə əllərindən gələni əsirgəməməyə dəvət edirəm. Çünki biz iqtisadi və təhsil sahələrində bütün imkanlardan bəhrələnə bilsək, bir çox işləri görmüş olarıq. Cənab Prezident, bir daha Sizi Macarıstanda salamlayıram.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

 

-Hörmətli xanımlar və cənablar.

Hörmətli Baş nazir, əziz dostlar.

İlk növbədə, cənab Baş nazir, məni ölkənizə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Dünən və bu gün keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə və Budapeşt sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır.

O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir.

Hörmətli cənab Baş nazir, Siz Azərbaycana iki dəfə səfər etmisiniz. Bu isə mənim Macarıstana üçüncü səfərimdir. Yəni, son bir neçə il ərzində bu qədər səfərlərin həyata keçirilməsi əlbəttə ki, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu gözəl siyasi əlaqələr iqtisadi sahəyə də müsbət təsir göstərir. Birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Bu gün imzalanan sazişlər və biznes forum çərçivəsində imzalanacaq sazişlər əlbəttə ki, ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Halbuki bu ilin nəticələrinə görə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Biznes dairələrinin qarşılıqlı marağı kifayət qədər böyükdür. Əlbəttə ki, gələcək illərdə birgə həyata keçiriləcək layihələr ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması, əlbəttə, energetika sektorundakı əməkdaşlıq - bütün bunlar bizim üçün prioritetdir.

Eyni zamanda, şadam ki, Macarıstan şirkətləri Azərbaycan bazarında daha da fəal iştirak edirlər. Onların müxtəlif layihələrdə - inşaat, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, su təchizatı və digər layihələrdə iştirakı gözlənilir. Bizim gözəl əlaqələrimiz var və bu əlaqələr əlbəttə, biznes qurumlarının birgə fəaliyyətinə ancaq müsbət təsir göstərəcək.

O ki qaldı enerji məsələlərinə, burada bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var. Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir.

Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb. “Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir.

Əlbəttə, enerji məsələləri çox vacibdir. Ancaq humanitar sahə də çox böyük önəm daşıyır. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə minnətdaram ki, azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırmısınız. Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcəkdir. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir. Eyni zamanda, azərbaycanlı tələbələr Macarıstanda oxuyarkən Sizin qədim tarixinizi daha da dərindən biləcəklər. Onlar bir növ Macarıstanın və Azərbaycanın səfirləri olacaqlar və öz gələcəklərini bundan sonra Macarıstanla bağlayacaqlar. Bu da insanlar arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər - turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək.

Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizin üçün münasib olan vaxtda Sizi Azərbaycana dəvət edirəm ki, biz bu gözəl dialoqu davam etdirək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata birgə bəyanatlarla çıxış ediblər VİDEO

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq