Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Prezident Kitabxanasında “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev” adlı elektron resurs təqdim edilib VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları “Əziz Əliyev-120” sərgisi ilə tanış olublar.

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyevin həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, uşaqlıq və gənclik illəri məşəqqətli olan, erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Əziz Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək tez bir zamanda dövlət orqanlarında yüksək vəzifələrə layiq görülüb. İxtisasca həkim olan Əziz Əliyev, eyni zamanda, tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr verib. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib.

M.Əhmədov qeyd edib ki, Prezident Kitabxanasında Azərbaycanın ictimai-siyasi və dövlətçilik tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərinə aid materiallar toplanılır, sistemləşdirilir və oxucuların istifadəsinə verilir. Kitabxananın “Odlar yurdu Azərbaycan” elektron nəşrinin “Görkəmli azərbaycanlılar” bölməsində 200-dən artıq şəxsiyyət haqqında zəruri informasiya yerləşdirilib. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın həyat və fəaliyyətlərini işıqlandıran xüsusi elektron resurslar hazırlanıb. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu gün təqdim edilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu Əziz Əliyevin həyat və fəaliyyətini, onun zəngin irsini öyrənənlərə Prezident Kitabxanasının töhfəsidir.

Elektron resursun strukturu haqqında məlumat verən kitabxananın direktoru bildirilib ki, resursda materiallar doqquz bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin “Bioqrafiya” bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. “Xronologiya” adlanan bölmədə isə ilk dəfə Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş işıqlandırılıb. Bu bölmədə, həmçinin Əziz Əliyevin dövlət səviyyəsində keçirilən yubiley tədbirləri haqqında məlumatlar əks etdirilib. “Əsərləri” adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə elektron formatda təqdim olunur. Elektron nəşrin “Sənədlər” bölməsində Əziz Əliyevin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların və dövlət səviyyəsində keçirilən tədbirlərdə edilən nitqlərin və məruzələrin mətnləri əksini tapıb. “Digər resurslar” bölməsində Əziz Əliyevlə bağlı Dağıstan Respublikasının Rəsul Həmzətov adına Milli Kitabxanasından və Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi Şəhər Kitabxanasından Prezident Kitabxanasına göndərilən materiallar istifadəçilərin ixtiyarına verilib. “E-Kitablar” bölməsində isə Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərini, konfrans materiallarını əhatə edən kitabların elektron versiyaları yerləşdirilib. “E-Məqalələr” bölməsində Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən, onun yubileyləri münasibətilə keçirilən tədbirləri işıqlandıran məqalələrin elektron versiyaları toplanılıb.

Qeyd olunub ki, elektron resursun “Biblioqrafiya” bölməsində Prezident Kitabxanasına daxil olan dövri mətbuat səhifələrində dərc edilən məqalələrin və kitabların biblioqrafik təsviri verilib. Bu bölmədə, həmçinin Əziz Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatların mətni ilə tanış olmaq mümkündür. Elektron resursun ən maraqlı və əyani bölmələrindən olan “Multimedia” bölməsində Əziz Əliyevin gənclik illərindən ömrünün son illərinədək fotoaparatın yaddaşına köçürülən və hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan şəkillərindən ibarət “Fotoqalereya” təqdim edilir. Bu bölmədə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan, Əziz Əliyevə məxsus sənədlərin fotosurətlərini əks etdirən kolleksiya nümayiş olunur. “Multimedia” bölməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının ərsəyə gətirdikləri dörd film də istifadəçilərə təqdim edilir.

Tədbirdə “Multimedia” bölməsində yerləşdirilən materiallardan fraqmentlər nümayiş olunub.

Kitabxananın direktoru bildirib ki, http://azizaliyev.preslib.az/ domenində yerləşdirilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu yeni materiallar əldə edildikcə daha da zənginləşdiriləcək.

Digər çıxış edənlər də görkəmli dövlət və elm xadimi Əziz Əliyev haqqında ürək sözlərini söyləyib, unudulmaz alimin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursu yüksək dəyərləndiriblər.

Tədbirdə, həmçinin Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən film də nümayiş olunub.

Prezident Kitabxanasında “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev” adlı elektron resurs təqdim edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib