Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün apardığınız qətiyyətli siyasət bizi çox sevindirir və ruhlandırır

Prezidentə yazırlar: İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün apardığınız qətiyyətli siyasət bizi çox sevindirir və ruhlandırır

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirməklə əldə etdiyi mühüm qələbələr xalqımız tərəfindən böyük sevinclə qarşılanır. Vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazaraq sevinc hisslərini bölüşürlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Cəbrayıl rayonunun sakini Hüseynxan Heydərov sevinc hisslərini aşağıdakı sözlərlə bildirir: “Hörmətli cənab Prezident, doğma torpaqlarımızın mənfur erməni düşmənindən azad edilməsi münasibətilə Sizə öz adımdan, ailəm və bütün Cəbrayıl əhalisi adından minnətdarlığımı bildirir, uzun ömür və cansağlığı arzu edirəm. İnanırıq ki, Azərbaycan Ordusu öz yenilməz gücü və qüdrəti ilə tezliklə qələbə qazanacaq. Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Saatlı rayonundan Daşdəmir Ulfanov yazır: “Hörmətli cənab Prezident, Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, alqışlayırıq. Biz hər zaman Sizin və güclü Azərbaycan Ordusunun yanındayıq. Artıq bütün dünya bilir ki, Azərbaycanın davası haqq davasıdır. Xahiş edirik, son qarış torpağımız alınana qədər müharibə dayandırılmasın. Biz xalq olaraq hər zaman Sizin, ordumuzun yanındayıq. Ehtiyac olarsa, hamımız cəbhəyə qoşulmağa hazırıq. Cənab Prezident, Allah Sizə və ordumuza bu haqq yolda yardımçı olsun. Qarabağ Azərbaycandır!”.

Lənkərandan Səyavuş Süleymanlı yazır: “Cənab Ali Baş Komandan, şəhid adı ucadan-uca addır. Vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Hörmətli Prezidentimiz, Liman şəhərinin ağsaqqalları Sizin arxanızda dayanıb və Sizə qələbə arzulayır. Bu gün əmr etsəniz, biz də Sizinlə çiyin-çiyinə düşmənə qarşı vuruşarıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Sumqayıt şəhərinin sakini Rövşanə Əliyeva: “Hörmətli cənab Prezident, Sizin müdrik və uzaqgörən siyasətinizin, gərgin əməyinizin nəticəsidir ki, bu gün rəşadətli ordumuz qorxmadan və çəkinmədən düşmən üzərinə irəliləyir, böyük zəfərlər qazanır. Mənim 64 yaşım var, dörd övladım hazırda cəbhə bölgəsində düşmənlə üz-üzədir. Sizin komandanlığınızla onların qəhrəmanlıq tarixi yazacağına inanıram. Çünki övladlarım kimi, Siz də bizim güc, qürur, fəxarət mənbəyimizsiniz. Əminik ki, bayrağımız tez bir zamanda Qarabağda, öz tarixi torpaqlarımızda dalğalanacaq”.

Ağcabədi sakini Ruslan Əhmədov: “Hörmətli cənab Prezident, bu gün xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. Bu hissləri bizə yaşatdığınıza görə Sizə və döyüş xəttində canından keçməyə hazır olan şücaətli Vətən oğullarına minnətdarlığımızı bildiririk. Bir laçınlı olaraq Sizin apardığınız məqsədyönlü siyasəti dəstəkləyir, bu haqq işində Sizə uğurlar diləyirik. Əziz Prezidentim, bütün laçınlılar kimi mən də ürəkdən inanıram ki, Cocuq Mərcanlıdan başlanan qələbə sevinci Laçınla davam edəcək, Şuşada tamamlanacaq. Uşaqlıq illərimin keçdiyi o torpaqlara yenidən qayıdacaq, yenidən o yerləri görmək nəsibim olacaqdır. Allah bu uğurlu işdə Sizə və rəşadətli Ordumuza yardımçı olsun”.

Qax rayonundan Nicat Qabulov: “Hörmətli cənab Prezident, mən də gələcəyin bir əsgəri kimi, Sizin apardığınız haqlı mübarizəni dəstəkləyir, ilk öncə Sizə bu yolda daha böyük uğurlar arzulayıram. Kitablardan tanıdığımız Azərbaycanımızın mədəniyyət beşiyi olan Şuşada qələbə günündə Sizinlə birlikdə olmağı səbirsizliklə gözləyirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Tovuz rayonundan Nicat Bayramov: “Hörmətli cənab Ali Baş Komandan, biz Sizin 30 ildir gözlədiyimiz haqq işinizi dəstəkləyir və sıravi Azərbaycan vətəndaşı kimi hər zaman səsinizə səs verməyə hazır olduğumuzu bildiririk. Artıq mənfur düşmənlərə yerini göstərməyin zamanını yaşayırıq. Minlərlə azərbaycanlının canını verdiyi, milyonlarla vətəndaşın isə can verməyə hazır olduğunu, hər bir qarış Vətən torpağı üçün bu savaşa hazır olduğumuzu bilməyinizi istəyirəm. Qoy bütün dünya da bunu duysun, bilsin. Biz zülmün kökünü kəsəcəyik. Biz haqqımızı alacağıq. Hər bir azərbaycanlının haqq sözü Sizsiniz, Ali Baş Komandanım. Bu bizim haqq işimizdir və biz öz haqqımızı düşmənlərin canından bir-bir alacağıq. İnşallah, ən qısa zamanda hərbçilərimizin ayaq izlərini Şuşada, Xankəndidə, Ağdamda, Laçında və bütün Qarabağda görünəcəyinin şahidi olarıq. Damarlarında azərbaycanlı qanı axan biri olaraq, Sizin bir əmrinizlə Vətənimin qulluğunda durmağa hər zaman hazıram. Tanrı Sizi qorusun, Tanrı hər bir azərbaycanlını qorusun. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!”.

Lənkərandan Avanisə İbadova: “Hörmətli Ali Baş Komandan, Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində Qarabağ uğrunda gedən döyüşlərdə əzəli torpaqlarımızın bir hissəsinin qaytarılmasına sevinir və hədsiz qürur hissi duyuruq. Bu münasibətlə Sizi Nərimanabad qəsəbəsinin bütün anaları adından ürəkdən təbrik edir və döyüş meydanlarında bundan sonra da daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, tezliklə vətənpərvər Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız Qarabağda dalğalanacaq. Eşq olsun Ali Baş Komandanımıza, millətimizə və dövlətimizə!”.

Naxçıvan sakini Bayram Əliyev: “Hörmətli cənab Prezident, Sizə bildirirəm ki, 5 oğlum və özüm işğal olunmuş torpaqlarımız uğrunda döyüşməyə hazırıq. Sizin yol haqq yoludur. Sizi xalq çox sevir və həmişə arxanızdadır. İnanırıq ki, tezliklə şanlı ordumuz qalib gələcək və şəhidlərimizin qisası alınacaq. Allah Sizi, xalqımızı və Azərbaycan əsgərini qorusun”.

Bərdə rayonunun sakini Elbəyi Məmmədov: “Cənab Ali Baş Komandan, mən birinci Qarabağ döyüşlərinin qazisiyəm. Ölkəmizin müdafiə qüdrətini yüksək səviyyəyə qaldırdığınıza görə Sizə minnətdaram. Bu günlərdə bütün dünya bir daha şahidi oldu ki, qüdrətli Azərbaycan dövləti və onun Sizin kimi Ali Baş Komandanı var. Otuz ildir ki, bu günlərin həsrətində idik. Bu gün xalqımız, o cümlədən mən, ailəm, nəvələrim Turqur, Ömər, Elbəyi Sizi sevirik və hər an Sizin yanınızdayıq. Cənab Prezident, uca Tanrı Sizi və ailənizi qorusun”.

Göygöl sakini Fərid Səbzəliyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Qarabağ Azərbaycandır! Min illərin şüarı olacaq bu qətiyyətli sözlər hər birimizin qürurla işlətdiyimiz şüara çevrilib. Siz xalqın qürur mənbəyisiniz. Sizinlə fəxr edirəm, mənim Prezidentim. Xalq Sizinlədir, çünki Siz haqq yolundasınız. Allah Sizi qorusun”.

Lənkəran sakinləri Şöhrət CəfərovEyvazəli Mirzəyev: “Əziz Prezidentim, işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti dəstəkləyirik. Qarabağ bizim əzəli torpağımızdır. Siz ədalət carçısısınız, Sizin yolunuz haqq yoludur. Doğmalıq, ümid və sevinc hissi ilə göstərdiyiniz mərdlik və cəsarətə görə Sizə minnətdarıq. Əminik ki, torpaqlarımız qısa müddət ərzində azad olunacaq, Azərbaycan xalqı öz arzusuna çatacaq”.

Astara sakini Kamil Kamilov: “Möhtərəm Prezidentimiz, bütün Azərbaycan xalqı Sizin müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal altında olan torpaqlarımızın azad edilməsi barədə verdiyiniz əmrin məsuliyyətini dərk edir. Qəhrəman, Şanlı Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı əks hücumu zamanı göstərdiyi igidliklər, qəhrəmanlıqlar xalqımızda yüksək vətənpərvərlik ruhunu bir daha artırmışdır. Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan əsgərinə! Bu haqq işimizdə Azərbaycan Ordusunun gücünə inanırıq. Rəhbərliyinizlə qələbəmizin yaxın günlərdə təmin olunmasını səbirsizliklə gözləyirik. Möhtərəm Prezident, Şanlı Ordumuzun sürətli hücumu zamanı işğal altında olan kəndlərimizin azad olunması münasibətilə xalqımızı təbrik etməyiniz bizi əmin edir ki, üçrəngli Azərbaycan bayrağı tezliklə Qarabağda, Şuşada dalğalanacaq. Sizi əmin edirik ki, ziyalılarımız, gənclərimiz, fəallarımız, ağsaqqallarımız hər an əməli fəaliyyətinizlə ordumuzun, əsgərlərimizin yanındadır. Mən şəxsən özüm ehtiyatda olan zabit kimi hər an səfərbərliyə hazıram. Sonda Ulu Öndərimizin bu sözlərini bir daha ucadan səsləndirirəm: “İrəli Azərbaycan əsgəri!”.

Bakı şəhər sakini Şövqisəfa Göyçayev: “Cənab Ali Baş Komandan, erməni faşistlərinə qarşı əks-hücumun başlanmasına dair Ordumuza verdiyiniz hücum əmri bütün Azərbaycan xalqı kimi bizi də çox sevindirdi. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün apardığınız qətiyyətli siyasət bizi çox sevindirir və ruhlandırır. Qələbə naminə məqsədyönlü fəaliyyətiniz Azərbaycan Ordusunun, Azərbaycan xalqının möhkəm həmrəyliyinin bariz nümunəsidir. Cənab Prezidentimiz, sonrakı mərhələlərdə belə, dağılan ərazilərin bərpası işinə bütün gücümüzlə, əməlimizlə hazırıq. Biz sonadək Sizin yanınızdayıq. Qələbə bizimlədir!”.

Bakı şəhərinin daha bir sakini Rəna Quliyeva: “Cənab Ali Baş Komandan, Siz Cavanşir, Babək, Koroğlu, Nəbi kimi igidlər yetişdirmiş Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. Otuz ilə yaxın idi ki, müharibə istəməyən xalqımız səbir edirdi, torpaqlarımızın sülh yolu ilə azad ediləcəyinə ümid bəsləyirdi. Amma indi qoy düşmən görsün ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu nəyə qadirdir. İndi hünər meydanı, qeyrət dəmidir. “İlhamla irəli!” bizim bu döyüşlərdə şüarımızdır. Hər an Qələbə müjdəsi gözləyirik. Müqəddəs Quranla qoruyub saxladığımız Azərbaycan bayrağının Qələbədən sonra mənə qismət olacaq evimin üzərində dalğalanacağına əminəm. Haqq bizim tərəfimizdədir. Biz qalib gələcəyik. Qələbə bizimlədir!”.

Paytaxt sakini Fərid Nəsibzadə: “Hörmətli cənab Prezident, mən azərbaycanlı yazar, "Laboratory of Art" həvəskar incəsənət toplumunun layihə rəhbəri Fərid Nəsibzadə (Nəsibov) bugünkü uğurlarınızla qürur duyur, Sizə təşəkkür etmək istəyirəm. Məlumat olaraq bildirim ki, ordumuza, əsgərlərimizə və Sizin siyasətə dəstək olaraq mən və "Laboratory of Art" komandası, istər Tovuz döyüşlərində, istərsə də 27 sentyabrdan bəri sosial aktivlik göstərib müxtəlif beynəlxalq sosial platformalarda erməni hərbi siyasi rejimini ifşa etmiş, tarixi fakt və məntiqi sübutlarla, rəhbərlikləri tərəfdən beyni korlanmış erməni kütləsinə, eləcə də digər ölkələrin vətəndaşlarına yalnız həqiqətləri çatdırmışıq. Bugünkü zəfərlərimiz bütün dünya ictimaiyyətinə bizim humanist, səbirli, amma haqqımızı lazım gələrsə dünyanı belə susdurub alacağımızın bariz nümunəsidir. İnanıram ki, gələn il yay tətilimizi artıq Şuşada və Qarabağımızın digər bölgələrində keçirəcəyik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq! Qələbələriniz mübarək olsun, cənab Prezident!”.

Salyan şəhər sakini Nicat Pənahov: “Möhtərəm cənab Prezident, Sizə öz adımdan və Salyan rayon sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Əziz Prezidentimiz, işğal altında olan torpaqlarımız Sizin uzaqgörən siyasətiniz nəticəsində azad edilmək üzrədir. Eyni zamanda, bir əsgər qardaşı olaraq, əsgərlərimizə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirəm. Əminik ki, bundan sonra da Sizinlə bərabər çox qələbələr əldə edəcəyik”.

Abşeron rayon sakini Sürahi Şükürova: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Azərbaycan dövləti bu gün ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparır. Ermənilər Azərbaycana qarşı daim təcavüzkar missiya yeritmiş, müəyyən səbəblərdən öz işğalçı missiyalarını həyata keçirməyə müvəffəq olmuşlar. Möhtərəm Prezident, əminik ki, ermənilərin bu günə qədər Azərbaycan xalqına yaşatdıqları amansız vəhşiliklərin tarixi cavabı məhz indi, apardığınız haqlı, ədalətli mübarizə ilə veriləcək. Şanlı qələbə, zəfər Sizin böyük siyasətiniz və mübarizəniz nəticəsində çox yaxın zamanda Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq. Azərbaycan xalqının çox illərdən bəri arzuladığı, gözlədiyi, uğrunda mübarizə apardığı böyük zəfəri, şanlı tarixi xalqımıza yaşadacağınıza əminik və bu yolda Sizinləyik, möhtərəm Prezident”.

Bakı şəhər sakini Solmaz Tağızadə: “Çox hörmətli cənab Ali Baş Komandan, əvvəla, onu qeyd etmək istəyirəm ki, bizə yaşatmış olduğunuz ilkin qələbə sevincinə görə Sizə ailəm və yaxın qohumlarım adından dərin minnətdarlığımı bildirirəm. Qeyd edim ki, hər iki valideyni zabit olan bir tələbə kimi, başda Siz olmaqla qüdrətli, şanlı ordumuza güvənim, inamım, sevgim sonsuzdur. Əgər bu gün Azərbaycan beynəlxalq arenada nailiyyətləri, uğurları ilə diqqət mərkəzindədirsə, bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusu Qarabağda dalğalandırdığı qalibiyyət bayrağını yaxın günlərdə Azadlıq Meydanında keçiriləcək hərbi paradda nümayiş etdirəcək. Biz gənclər Sizin yolunuzun davamçısıyıq. Tanrı Sizə yar olsun. Canımızdan keçərik, amma Vətənimizdən əsla!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

İranın xarici işlər naziri: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Şıx çimərliyində iki nəfər batıb

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Prezident İlham Əliyevə təşəkkür edirik – Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri

Təbiət və gözəllik şairi

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Efkan Ala: Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Azərbaycanın 13 yaşlı şahmatçısı dünya çempionatında Hikaru Nakamuraya qalib gəlib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

“Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

İyunun 15-i Ümumdünya Külək Günüdür

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Hindistanda helikopter qəzaya uğrayıb

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb

Bələdiyyə sədri: Azərbaycan məhəlləsi Kahramanmaraşın görkəmini dəyişdi

İordaniya yenidən hava məkanını bağlayıb

Müşavir: İraq təcavüz meydanı olmaq istəmir

Türkiyə və ABŞ prezidentləri İsrail-İran gərginliyini müzakirə ediblər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib

Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Almaniyada ümumi hərbi xidmətin bərpası ilə bağlı hazırlıqlara başlanması təklif olunur

Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər

Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar

Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Vaqif Bayatlı Odərin dörd kitabının təqdimatı keçirilib

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb

Qərbi Balkan ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdır

Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

Qazaxıstanda TBNM-ə çıxışı olan “Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri seçilib

“İnnab ağacı” premyerasını Sankt-Peterburq səhnəsində etdi

“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Bakının 550 küçəsi yuyulub

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Azərbaycan diasporunun Hallein şəhərində mühüm görüşü baş tutub

Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib