ELM VƏ TƏHSİL
Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə aprelin 10-dan 13-dək Bakıda qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, forumda “Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti”, “Qafqazın geosiyasəti”, “Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasəti”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri”, “Qafqazda münaqişələr” mövzularında müzakirələr aparılacaq.
Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil ediləcək.