Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qəbələ Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edir VİDEO

Qəbələ Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edir VİDEO Qəbələ, 2 oktyabr (AZƏRTAC, Şahnəzər Bəşirov). Oktyabrın 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Nifrət nitqinə yox hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başladı.

AZƏRTAC xəbər verir ki, forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Gənclər və İdman, Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının (AŞ), AŞ-nin Demokratik Vətəndaşlıq və İştirak Direktorluğu Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edir.

Forumda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək rayon ərazisində keçirilən gənclərin beynəlxalq forumunu yüksək dəyərləndirdi. Bildirdi ki, bu tədbirin keçirilməsi Azərbaycanın dünyada imicinin daha da yüksəldiyini, eyni zamanda sabit ölkə olduğunu bir daha sübut edir. Azərbaycan qədim tarixi ənənələrə malik olan və öz dəyərlərini qoruyan bir ölkədir. S. Abdullayev Qəbələdə turizm sektorunun inkişafı üçün həyata keçirilən layihələr haqqında da məlumat verdi.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd etdi ki, bu beynəlxalq tədbir Azərbaycanın münaqişələrlə bağlı mövqeyini nümayiş etdirir. Onun sözlərinə görə, təəssüf ki, hələ də dünyada nifrət amilləri var və bu hallar azalmaq bilmir. Hamımız bilirik ki, dünyanın bir çox nöqtələrində milli, dini, irqi zəmində münaqişələr mövcuddur. Heç kimə sirr deyil ki, iki insan və ya iki dövlət arasında münasibətlər danışıqlar yolu ilə qurulur. Yaşanan problemlər də qərəzli ünsiyyətdən yaranır. Bu baxımdan dözümlülük təbliğ olunmalı və bu sahədə maarifləndirici tədbirlər davam etdirilməlidir. Hər kəs öz ölkəsində nifrət nitqinin aradan qaldırılması üçün təbliğat aparmalıdır. Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinə toxunan nazir müavini dövlətimizin başçısının təşəbbüsü ilə bu mövzuda əhəmiyyətli tədbirlər həyata keçirildiyini də vurğuladı.

Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının rəhbəri Rui Qomeş çıxışında bildirdi ki, AŞ bu proqramla gənclərin bərabər hüquqlarını təmin olunmasına fürsət yaradır. Avropa Şurasının təmsilçisi dedi ki, bu kampaniya insan hüquqlarının bərqərar olunmasında böyük rol oynayacaq. Çünki bu hüquqlar dünyanın heç bir ölkəsində tam bərqərar olmayıb. Bu baxımdan prosesin gücləndirilməsi yönümündə addımların atıldığının şahidi oluruq. Xüsusən bu sahədə gənclərin əməyindən istifadə olunmalıdır.

R. Qomeş Azərbaycanda qanunun aliliyinin təmin edildiyinin şahidi olduğunu bildirərək dedi: “Biz buradakı çağırışı Avropa Şurasının Nazirlər Komitəsinin səsi kimi çatdıracağıq. Ümumiyyətlə isə biz fundamental insan hüquqlarının erroziyaya uğramasının qarşısını almalıyıq”.

Forumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirdi ki, hazırda Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar ölkə həyatının bu və ya digər istiqamətlərində layihələr həyata keçirərək, gənclərin ictimai tədbirlərdə fəal iştirakına zəmin yaradırlar. O, Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının və inkişafının, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi.

Avropa Şurasının gənclərlə İş üzrə Şurasının sədri xanım Aleksandra Knezeviç diqqətə çatdırdı ki, hökumət və QHT-lərin bu istiqamətdə birgə fəaliyyəti təqdirəlayiqdir. O, kampaniyanın insan hüquqlarına xidmət etdiyini də vurğuladı. Qeyd etdi ki, buna görə də kampaniya AŞ tərəfindən dəstəklənir.

Aleksandra Knezeviç kampaniyanın 2015-dən sonra da davam etdirilməsinin tərəfdarı olduğunu söylədi. O, ümid etdi ki, bu hərəkat dünyaya öz töhfəsini verəcək.

Avropa Şurası Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç kampaniyanın keçirilməsinin əhəmiyyətindən danışaraq, bu sahədə verdiyi dəstəyə Azərbaycan hökumətinə görə təşəkkürünü bildirdi. O vurğuladı ki, Avropanın müxtəlif yerlərindən gəncləri bir yerə toplamaq müsbət xarakterizə olunmalıdır.

Draqana Filipoviç Avropa Şurasının Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə daim dəstək göstərdiyini də diqqətə çatdırdı. Bildirdi ki, Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi digər ölkələrin sədrliyindən kəmiyyət və keyfiyyət baxımından xeyli fərqlənir. Bu kampaniya gənclərin iştirakı ilə həyata keçirildiyinə görə daha əhəmiyyətlidir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Forumun mahiyyəti haqqında danışaraq bildirdi ki, tədbirin məqsədi “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində milli və Avropa səviyyələrində fəal gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir. Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılır. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinlənilir.

Şahin Seyidzadə qeyd etdi ki, “Nifrət nitqinə yox hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.

Sədr diqqətə çatdırdı ki, ARGTMŞ 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No hate speech movement”-“Nifrət nitqinə yox hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No hate speech movement”-“Nifrət nitqinə yox hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan əlavə, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.

Çıxışlardan sonra forum öz işini panel iclaslarda davam etdirdi.

Tədbir oktyabrın 5-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib