ELM VƏ TƏHSİL
Qəbul imtahanlarının nəticələrinin gender aspektlərinə dair məlumatlar kitabça şəklində nəşr edilmişdir
Bakı, 4 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müvafiq qəbul imtahanlarının nəticələrinin gender aspektlərinə dair məlumatları kitabça şəklində nəşr etmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, nəşrdə 2012-ci ildə oğlan və qız abituriyentlərin ixtisas seçimindəki ümumi və fərqli cəhətlər, onların topladıqları balların paylanma histoqramlarının müqayisəsi, həmçinin test tapşırıqlarına cavabları və ali məktəblərə qəbulolma göstəricilərinin müqayisəli təhlili əks olunmuşdur.