Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

QMİ-nin sədri: Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələri dünya üçün örnəkdir

Bakı, 11 may, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İslam Aləmi Liqasının Baş katibi Əbdülkərim Əl-İsanın dəvəti ilə şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Rabitə təşkilatının mayın 11-də Ər-Riyadda keçirilən “Dinlərin davamçıları arasında ortaq dəyərlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfransın birinci plenar iclasında məruzə ilə çıxış edən QMİ sədri Azərbaycan, Qafqaz müsəlmanları adından tədbir iştirakçılarını salamlayaraq, İslam Peyğəmbərinin vətəni olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünya dinlərinin təmsil olunduğu belə möhtəşəm tədbirin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcək tədbirdə müasir problemləri birlikdə müzakirə etmək imkanı yaratdığına görə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman həzrətlərinə minnətdarlığını ifadə edən şeyxülislam A.Paşazadə xüsusilə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı xalqına və Kral həzrətlərinə salamlarını, xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib. A.Paşazadə Səudiyyə Ərəbistanı Krallığının bu təşəbbüsünün beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Şeyxülislam A.Paşazadə xüsusi qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Lakin təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi beynəlxalq hüququn normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi və ən başlıcası, dünyada sülhün təmin olunmasında Birləşmiş Millətlər Təşkilatının həlledici rolunun azalması ilə əlaqədardır.

QMİ sədri məruzəsində dünya ictimaiyyətini milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməyə çağırıb. Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələrini bütün dünya üçün örnək olaraq təqdim edən şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Bakı Prosesi”nin sivilizasiyalararası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təbliğinə xidmət etdiyini xüsusi vurğulayıb.

Dünyada baş verən münaqişələrin, xüsusilə Ukraynada yaşanan humanitar fəlakətin hamını narahat etməsinə toxunan QMİ sədri bu əsnada müharibə dəhşətlərini və qaçqın fəlakətlərini yaşamış Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın hərbi təcavüzə məruz qaldığını, xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirildiyini xatırladıb. Azərbaycanın beynəlxalq hüququn normalarına və BMT-nin 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini vurğulayan şeyxülislam A. Paşazadə işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizin bərpasından, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparmağımızdan danışıb.

Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışlarının bəşəri təhlükəyə çevrilməsinə diqqət çəkən QMİ sədri dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu kimi bu yaxınlarda İsveç və Danimarkada “Qurani-Kərim”in yandırılması cəhdlərini xatırladıb, bu kimi halların hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalı olduğuna vurğu edib. Şeyxülislam söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyib. O bildirib ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından və nifrət çağırışlarından irəli gəlir.

Şeyxülislam A. Paşazadə din və siyasət xadimlərinin beynəlxalq platformalarda sülh naminə birgə əməkdaşlığının zamanın tələbi olduğunu vurğulayaraq, bu məqamların beynəlxalq təşkilatların kürsülərindən təbliğ olunmasını vacib hesab etdiyini, bu sahədə müvafiq dinlərarası platformalarda, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, G-20, KAICIID və digər qurumlar ilə əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb.

Konfrans çərçivəsində şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının Baş katibi Əbdülkərim Əl-İsa ilə də görüşüb. Səmimi qardaşlıq şəraitində baş tutan görüşdə tədbirə dəvətə görə minnətdarlığını bildirən QMİ sədri konfransın yüksək səviyyədə baş tutması münasibətilə təşkilatçı qismində İslam Aləmi Liqasının Baş katibini təbrik edib.

Baş katib öz növbəsində şeyxülislam A. Paşazadənin tədbirdə iştirakını çox önəmli sayıb və yüksək dəyərləndirib.

Mötəbər tədbirin kuluarlarında şeyxülislam A. Paşazadənin görkəmli din xadimləri ilə çoxsaylı görüşləri olub.

Vatikanın Dinlərarası Dialoq Şurasının İslamla əlaqələr departamentinin müdiri Xalid Akaşe ilə səmimi görüş zamanı Vatikan nümayəndə heyətinin şeyxülislamın dəvəti əsasında Azərbaycana nəzərdə tutulan səfəri müzakirə olunub.

Habelə Amerika Yəhudi Konqresinin beynəlxalq müdiri, KAICIID Direktorlar Şurasının üzvü Devid Rozen ilə görüşdə KAICIID-in qarşıdakı dövrdə fəaliyyəti və ümumilikdə dinlərarası dialoq prosesinin perspektivləri ətrafında müzakirələr aparılıb.

Konstantinopol Ekumenik patriarxatı Varfolomey, KAICIID Direktorlar Şurasının üzvü - Xalxidon (Kadıköy) baş mitropoliti Emmanuel, “Dinlər sülh uğrunda” təşkilatının baş katibi xanım Azza Karam, Misirin baş müftisi Şauqi Əllam, Cenevrənin baş ravvini İzhak Dayan ilə görüşlər də səmimi şəraitdə keçib və məhsuldar olub.

Qeyd edək ki, Ər-Riyad konfransı ilk dəfə Səudiyyə Ərəbistanı tarixində müsəlman, xristian və yəhudilərlə yanaşı, buddist və induistlərin də dəvət aldığı ilk beynəlxalq tədbirdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşı çıxıb

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək