Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qubadlıda Mehdiqulu xanın mirası olan Xanlıq qəsəbəsi

Bakı, 1 avqust, AZƏRTAC

Qarabağ xanı İbrahimxəlil xan Cavanşir 1806-cı ilin iyununda Şuşa qalasının yaxınlığında Xanbağında 17 nəfər ailə üzvü ilə birlikdə çar ordusunun mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetiriləndən sonra oğlu Mehdiqulu xan Qarabağda xanlıq taxtına əyləşdi. Ona hələ gəncliyində atası tərəfindən Zəngəzur mahalında irsi olaraq mülk torpaqları verilmişdi. Bu torpaqlar müasir Qubadlı rayonu ərazisini əhatə edirdi. Mehdiqulu xan Qarabağda taxta əyləşmədən öncə məhz bu ərazidə ata-babasının quruculuq və abadlıq işlərinin davamı olaraq yeni iqamətgah inşa etməyi qərara aldı.

Bunu AZƏRTAC-a AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

Tarixçi alim bildirib ki, yeni yaşayış məntəqəsi qısa müddət ərzində Xanlıq adı ilə tanınmağa başladı. Lakin Mehdiqulu xanın Qarabağda taxta oturmasından sonra regionda o zamanın böyük gücləri olan Osmanlı, Rusiya və Qacar imperiyaları arasında müharibə alovu qızışdı. Müharibə alovu Qarabağ və Zəngəzurdan da yan keçmədi.

Rusiya imperiyası 1805-ci il mayın 14-də İbrahimxəlil xan Cavanşirlə imzaladığı Kürəkçay müqaviləsini pozaraq 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi və onun ərazisində yeni inzibati ərazi vahidi olan Qarabağ əyaləti yaradıldı. 1823-cü ildə Rusiyanın Gürcüstanda Baş hakimi polkovnik A.P.Yermolov və həqiqi mülki müşavir K.İ.Mogilevskinin göstərişi ilə tərtib edilmiş “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatdan məlum olur ki, Qarabağ və Zəngəzur ərazilərində yaşayış məntəqələri əsasən Qarabağ xanına və onun yaxın adamlarına məxsus olub. 1866-cı ildə Tiflisdə nəşr edilən bu sənəddə Qarabağın və Zəngəzurun bəzi yer-yurd adları təhrif edilsə də, bölgənin qədim xristian etnosu olan albanların yaşadıqları bir çox yerlər erməni kəndi kimi qeydə alınsa da, bu ərazilərin irsi hakimlərinin əslən Azərbaycan türkü olan Qarabağ xanı və onun ailə üzvləri olduğu açıq-aydın göstərilir.

1823-cü ildə hazırlanan “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Zəngəzurun bir hissəsində (müasir Qubadlı rayonunun ərazisində) xan ailəsinin mülkləri içərisində bir çox kəndlərin adları çəkilir. Bu hesabatı hazırlayan müəlliflər onların bir çoxunun adlarını təhrif etsələr də, diqqətlə nəzər saldıqda hansı kəndlərdən söhbət getdiyi aydın olur. Qeyd edək ki, Azərbaycan türkləri XIX-XX əsrin əvvəllərində “tatar” və ya “müsəlman tatar”, “yarıköçəbə elat” adları ilə tanınırdılar. Bu hesabatda “tatar” və “yarıköçəbə elat” dedikdə məhz Azərbaycan türkləri nəzərdə tutulur. 1823-cü ildə hazırlanan “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qubadlı ərazisində 24 yaşayış məntəqəsi qeyd edilib: Xəndək, Kevdadıx-Bərgüşad, Bərgüşatlı, Əlyanlı, Tatar, Kubbatı (Qubadlı) (Hesabatın müəllifləri Qubadlı haqqında yazırlar ki: “bu kəndə məxsus torpağı Qarabağ xanı İbrahimxəlil xan satın alıb özünün azyaşlı oğlu Mehdiqulu xana hədiyyə edib. General P.S. Kotlyarevskinin xahişi ilə bu ərazinin idarəçiliyi Hacı Ağalar bəyə həvalə olunub. O zaman bu torpaqlar dağıdılmış və əhalisiz qalmışdı. Hacı Ağalar bəy isə İrəvandan, Naxçıvandan və Qaradağdan əhalini gətirib burada məskunlaşdırdı. Bu xidmətinə görə xana heç bir ödənc vermirdi və torpaq sahibi kimi bütün gəliri özünə götürürdü”. Mehdiqulu xanın 1863-cü ildə anadan olduğunu nəzərə alsaq Qubadlı ərazisinin atası İbrahimxəlil xan tərəfindən ona hədiyyə edilməsinin təqribən XVIII əsrin 70-ci illərindən gec baş vermədiyini deyə bilərik. “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda bu ərazidən “dağıdılmış və əhalisiz qalmış” yaşayış məntəqəsi kimi bəhs edilməsinə gəlincə, Qubadlı ərazisi şübhəsiz ki, Birinci Rusiya-İran müharibəsinin (1804-1813-cü illər) gedişi zamanı Qarabağın və Zəngəzurun hər yerində olduğu kimi ciddi dağıntıya məruz qalıb, əhalisi isə qonşu bölgələrə məcburi köçkün kimi getmişdir. Müharibə qurtaran kimi bir çox ərazilərdə olduğu kimi Qubadlının da əhalisi öz doğma el-obasına qayıtmışdır), Xoca-Musaxlı (Xocamsaqlı), Xocahan, Gödəkli (Gödəklər), Sarallı, Məmərli (Məmər), Diləli (Diləli-Müskanlı), Tamirçi (Dəmirçilər), Kayali (Qayalı), Kazianni (Qəzian), Əli Qulu Uşağı (Əliquluşağı), Bəxtiyarlı, Padar (bu kənd Qarabağ xanı Mehdiqulu xanın böyük qardaşı Məhəmmədhəsən ağa Cavanşirin oğlu polkovnik Cəfərqulu xanın mülklərinə daxil idi. “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda qeyd edilir ki, Cəfərqulu xanın mülkündə Ağa Padarın torpağına İsmayıl Namaz öz iddiasını irəli sürmüşdür), Qaraqoyunlu (“Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qaraqoyunlu elatının Qarabağın qədim yarıköçəbə tayfalarından olduğu və böyük hissəsinin Cənubi Azərbaycana Qaradağ mahalına köçdüyü qeyd edilib), Xalaç (Xələc), Xanıxlar (Xanlıq) (Qubadlı ərazisi müharibələr nəticəsində yadellilər tərəfindən tez-tez dağıntıya məruz qaldığından Mehdiqulu xan hələ Qarabağ xanı taxtına oturmazdan əvvəl məhz Qubadlı ərazisində Xanlıq adı ilə özünə yeni iqamətgah seçmiş və burada qərargah inşa etmişdir. “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Xanlıq kəndi haqqında verilən arayışdan məlum olur ki, bu yeni salınmış məntəqənin sakinləri qədim Xanlıq kəndindən köçüb gəlmiş əhalidir. Qubadlı ərazisi Azərbaycan türk tayfalarının sıx məskunlaşdığı ərazilərdən biri olduğu üçün yeni Xanlıq kəndinin əhalisi bura yaxınlıqda yerləşən qədim kəndlərdən birindən köçüb gəlib).

Tarixçi alim vurğulayıb ki, hesabatın müəlliflərindən biri olan A.P.Yermolov anti-türk mövqeyi ilə seçilir. Onun ermənipərəst olması isə açıq-aşkar məlum idi. Buna görə də “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qubadlı ərazisində Azərbaycan türkləri yaşayan kəndlərin qeydiyyatının dəqiq aparılmaması şübhəsiz ki, real demoqrafik faktları saxtalaşdırmaqdan başqa bir şey deyil. Hətta bu siyahıyaalmada Qarabağın və Zəngəzurun yerli xristian əhalisi olan albanlar hamısı erməni adı ilə təqdim edilib.

Qubadlı ərazisində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin oğlu Mehdiqulu xanın yeni mərkəz kimi inşa etdirdiyi Xanlıq yaşayış məntəqəsi öz dövründə bölgənin mühüm iqtisadi-mədəni mərkəzlərindən birinə çevrilmək ərəfəsində idi. Lakin Xanlıq yaşayış məntəqəsinin daha da inkişaf etdirilməsinə başlıca maneə Rusiya imperiyasının 1822-ci ildə Qarabağ xanlığını rəsmi şəkildə ləğv etməsi oldu. Bununla da Mehdiqulu xan vəzifəsindən kənarlaşdırıldı, Rusiya imperiyasının hakim dairələri tərəfindən yüksək imtiyazlara və vəzifələrə layiq görülmüş erməni şovinist hərbçilərinin və məmurlarının aramsız ciddi təzyiqləri nəticəsində demək olar ki, bütün varidatı əlindən alındı, bir müddət Qarabağdan didərgin düşərək Qacarlar dövlətinə sığınmağa məcbur oldu.

“1823-cü ildə Rusiya imperiyasının məmurları tərəfindən hazırlanan “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qubadlı ərazisində ermənilərin hansısa bir qədim yaşayış məskənindən bəhs edilmir, əksinə bu mənbədə yaşayış məntəqələrinin ¾-dən çoxunun əhalisinin Azərbaycan türkləri olduğu qeyd olunub. Qarabağın sonuncu xanı Mehdiqulu xanın Qubadlı ərazisində özünə yeni iqamətgah – Xanlıq yaşayış məntəqəsi inşa etdirməsi bu ərazinin əsl sahiblərinin Azərbaycan türkləri olduğunu bir daha təsdiq edir”, - deyə Ramin Əlizadə qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub