Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qüdrətli Azərbaycanın qüdrətli Lideri: Müstəqilliyin qarantı, inkişafın memarı

Bakı, 24 dekabr, AZƏRTAC

Hər bir xalqın tarixində taleyüklü qərarlar, dönüş nöqtələri olur. Azərbaycan üçün 2003-cü il məhz belə bir tarix idi. Həmin il xalqımız prezident seçkilərində düzgün seçim edərək Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Həmin vaxt 42 yaşında olan İlham Əliyev o zamandan dövlətçilik ənənələrini yaşadan, gələcəyə yön verən və müdrik idarəetmə bacarığı ilə fərqlənən bir lider kimi tariximizin yeni səhifələrini yazmağa başladı. Bu gün Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin qarantı, inkişafının memarı və beynəlxalq arenada söz sahibi olan lider kimi ölkəmizin gələcəyini formalaşdırır. Onun rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək xalqın birlik və iradəsinin əsl təcəssümünə çevrilib. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.

Ulu Öndərin ideyalarının işığında Azərbaycan iki onillikdə əsrə bərabər yol keçdi. Qırx dörd günlük Vətən müharibəsi ilə tarix yazan ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək milli birliyimizin və gücümüzün parlaq rəmzinə çevrildi. Dövlətimizin başçısının yenilməz iradəsi və xalqımızın dönməz dəstəyi Azərbaycanın tarixində yeni qələbələr səhifəsi açdı.

AZƏRTAC bu yazıda müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu, nəhayət, qalib sərkərdə kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz siyasi kursunun, Qələbə strategiyasının bəzi məqamlarına nəzər salır.

“Əsrin müqaviləsi” ilə başlanan davamlı inkişaf yolu

Son 22 ilə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının dayanıqlı və ardıcıl inkişaf yolunda olduğunu aydın görmək mümkündür. Prezident İlham Əliyev praqmatik düşüncə tərzi, çevik idarəetmə qabiliyyəti və nəticəyə yönəlmiş islahatları ilə ölkəni iqtisadi güc mərkəzinə çevirib, hər dövrün çağırışlarına adekvat cavab verməyi bacarıb. Bu illər ərzində bölgədə həyata keçirilən bütün beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı və milli maraqlarının qorunması əsasında reallaşdırılıb.

Azərbaycanın müasir iqtisadi yüksəlişinin əsası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Bu strategiya sonrakı dövrlərdə də ardıcıl şəkildə davam etdirilərək möhtəşəm nailiyyətlərə səbəb olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyətli layihələr həyata keçirilib. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan TANAP boru kəmərinin, 2020-ci ilin noyabrında isə Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi Azərbaycanın enerji siyasətindəki uğurlarını daha da möhkəmləndirib. Eyni zamanda, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb.

Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində əhəmiyyətli layihələr icra olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdırılıb, Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədlərinə qədər uzanan yeni magistral avtomobil yolları istifadəyə verilib. Bu layihələr regionda əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan həm də kosmik ölkələr ailəsinə daxil olmuş dövlətdir. 2013-cü ildə ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky”, 2018-ci ildə isə “Azerspace-2” peykləri orbitə buraxılıb.

Bu möhtəşəm uğurlar ölkəmizi parlaq gələcəyə aparır.

Azərbaycana uğur və nüfuz qazandıran müstəqil xarici siyasət kursu

Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkələrin suverenliyinə hörmət edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının və gücləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın xarici siyasət strategiyasını məhz bu prinsiplər əsasında formalaşdırıb.

Azərbaycan beynəlxalq hüququn aliliyi, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq əməkdaşlığa daim açıq olduğunu nümayiş etdirib. Ölkəmiz hətta ən mürəkkəb beynəlxalq münasibətlər şəraitində də bu mövqeyinə sadiq qalıb, müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə həyata keçirib. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb.

Ötən illər ərzində beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi və COP29 kimi möhtəşəm tədbiri keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslərlə iqlim dəyişmələri sahəsində mühüm qlobal qərarların qəbul edilməsinə şərait yaradaraq öz liderliyini bir daha təsdiqləyib.

Dövlətimizin xarici siyasətində ən ağrılı məsələlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli hər zaman əsas prioritet olub. Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda prinsipial çıxışları ilə Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Münaqişənin hüquqi həlli üçün geniş baza yaradılıb, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmininə dair müddəalar Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizi daha da gücləndirdi.

Azərbaycanın müstəqil xarici siyasət kursu Prezident İlham Əliyevin qətiyyətli və prinsipial yanaşması sayəsində ölkəmizi həm regional, həm də beynəlxalq arenada güclü və etibarlı tərəfdaşa çevirib.

Prezident İlham Əliyevin Qələbə strategiyası

Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayan, həm qurucu, həm də islahatçı Liderdir. O, hadisələrin gedişatını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ən yüksək məqsəd kimi qəbul edən və bütün gücünü bu məqsədə həsr edən dövlət başçısıdır. Prezident İlham Əliyev xalqının birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Lider olaraq Azərbaycanı yeni zirvələrə daşıyan strateji addımlar atır.

XXI əsrin əvvəllərində Azərbaycanın qarşısına çıxan ciddi çağırışlar fonunda xalq gələcək taleyini Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə etibar etdi və yanılmadı. İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən deyirdi ki, Ümummilli Liderin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Eyni zamanda, deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlər zamanla əməli fəaliyyətlə tamamlandı, Ulu Öndər Heydər Əliyevin başladığı işlər öz məntiqi sonluğuna çatdı.

Nəticə hər kəsin gözləri önündədir: Azərbaycan öz tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Qarabağ münaqişəsinin həlli yalnız iqtisadi və hərbi güclə mümkün deyildi. Bu, eyni zamanda, diplomatiya müstəvisində, informasiya cəbhəsində məqsədyönlü və ardıcıl fəaliyyət tələb edirdi. Prezident İlham Əliyev illər boyu, xüsusən də Vətən müharibəsi zamanı böyük səylə beynəlxalq dəstəyi təmin edərək Qarabağ Zəfərinə nail oldu. Onun diplomatik çevikliyi və xalqın Lideri ətrafında sıx birləşməsi bu Zəfəri təmin edən əsas amillərdən biri idi. Bu birlik və həmrəylik nəticəsində Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycanın çağdaş tarixinə qızıl hərflərlə yazdırdı.

Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə, həmçinin regionda yeni reallıqlar yaratdı.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. Döyüş əməliyyatlarını şəxsən idarə edən, Ordusuna birbaşa göstərişlər verən dövlətimizin başçısı həm də informasiya savaşında böyük Qələbə qazandı. Müharibə zamanı Prezident İlham Əliyevin xarici mediaya verdiyi otuzadək müsahibə Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynadı.

Bu tarixi Qələbə Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü liderlik qabiliyyəti və millətinə sədaqəti ilə mümkün oldu. Azərbaycan xalqı bu Qələbə ilə tarixində yeni bir dövrə qədəm qoydu - qalib xalqın, qalib dövlətin dövrünə.

Prezident İlham Əliyevin postmüharibə dövründəki liderliyi və strateji addımları

Hadisələrin gedişi bir daha sübut etdi ki, Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım gəldiyini yaxşı bilir. 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması hərb tariximizə növbəti möhtəşəm Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, daha bir tarixi Zəfəri oldu.

Artıq beş ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Böyük qürurla deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, bununla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır.

Qarabağ münaqişəsi tarixə qovuşdu, bölgədə yeni reallıqlar yarandı. Azərbaycan dövlətinin gücü sayəsində bu yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, sosial obyektlər tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış”ın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır. Yaxın illərdə həmin ərazilərə 140 min insanın köçürülməsi nəzərdə tutulur.

Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.

Dövlət başçısı üçün doğum günü təkcə yaş üstünə yaş gəlməsi deyil, həm də dövlət və xalq qarşısında hesabat məqamıdır. Bu baxımdan yanaşsaq, əsrə bərabər son 22 il bənzəri olmayan uğur salnaməsi kimi qəbul edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi