REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 6 səhnə əsərini təqdim edəcək
Qusar, 17 iyun, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçıları iyul ayı ərzində 6 səhnə əsərini izləyə biləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşalar Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq.
Tamaşaların əcnəbi dillərdə hazırlanması 30 iyun–10 iyul tarixində Bakı şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə əlaqədar Qusara çoxsaylı xarici qonaqların gələcəyi ilə əlaqədardır.
Tamaşaçılara “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Səhnədə məhəbbət”, “Əsir qadın”, “Yeni müdir” və “Sönmüş talelər” əsərləri təqdim olunacaq.
Tamaşaçılar iyul ayı ərzində Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək.
Qusar Dövlət Ləzgi Dram Teatrı 27-ci mövsümə iyul ayının sonunda yekun vuracaq.