MƏDƏNİYYƏT
Qusarda “Oxu günü” keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü və təşkilatçılığı ilə Bədirqələ kənd kitabxana filialı tərəfindən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Oxu günü” keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə fəal oxucular, kənd ictimaiyyəti, məktəbin müəllim və şagird kollektivi, qonşu kəndlərin kitabxana işçiləri və fəal oxucuları, həmçinin ziyalılar iştirak ediblər.
Tədbirdə MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı David İbramxəlilov, Qusar Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurəhmanova, kənd məktəbinin direktoru Leyli Məmmədov, Bədirqəla kənd kitabxana filialının müdiri Tünzalə Kübərova və başqaları çıxış edərək kitab oxuma vərdişlərinin təbliğ olunması sahəsində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə, həmçinin kitab sərgisi təşkil olunub, müxtəlif viktorinalar və müsabiqələr keçirilib.
Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.