İQTİSADİYYAT
Rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Bakı, 2 fevral (AZƏRTAC). Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar bütün rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, şaxtalı, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar Bakı və respublika üzrə rabitə müəssisələrində qəza xidmətləri işlək vəziyyətə gətirilmiş, müəssisələr gücləndirilmiş iş rejiminə keçmişdir.
Hazırda telekommunikasiya və rabitə qovşaqlarının işində heç bir problem müşahidə olunmur. Lakin hər hansı bir problem üzə çıxarsa, qəza xidmətləri bu problemi dərhal aradan qaldırmağa hazırdır. Belə ki, bütün müəssisələr sərt hava şəraitinə əvvəlcədən hazırlıq işləri görmüşdür.