REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib
Gəncə, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul avqustun 28-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən Gəncədə keçirilib. Gəncə, Samux, Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcərdən olan sakinlərin müraciəti əsasən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi və sair məsələlərlə bağlı olub.
Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar yerlərdə keçirilən belə görüşlərə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.