MƏDƏNİYYƏT
Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl pillə” adlı Milli Kinofestival təsis edib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib.
İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Qızıl pillə” adlanan Milli Kinofestivalı keçirməkdə məqsəd ölkəmizdə milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.
İki ildən bir, noyabr ayında Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində ölkəmizdə istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı ittifaqın saytından (Arki.az) əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]
Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 03.05.2024 [11:56]
Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi
- 03.05.2024 [11:30]
“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib
- 03.05.2024 [11:22]
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 03.05.2024 [11:12]
Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub
- 03.05.2024 [10:34]