Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Romada Azərbaycanla İtaliyanın elm və təhsil əlaqələri müzakirə edilib VİDEO

Roma, 3 dekabr, AZƏRTAC

İtaliyanın La Sapienza Universitetində “Festival Corriere İnternazionali” təşkilatı və bu təhsil ocağı tərəfindən beynəlxalq karyera imkanlarının müzakirə olunduğu tədbir keçirilib.

Tədbirin moderatoru, “Festival Corriere İnternazionali” təşkilatının icraçı direktoru Daniela Konte gənclərin gələcək karyeralarını düzgün istiqamətləndirmələri baxımından bu cür tədbirlərin önəmini vurğulayıb. Müzakirə olunacaq mövzular, çıxışçılar və gündəlikdə duran məsələlər barədə məlumat verən moderator tədbirdə səsləndirilən fikirlərin iştirakçılar üçün böyük əhəmiyyət kəsb edəcəyini bildirib.

La Sapienza Universiteti rektorunun nümayəndəsi, professor Andrea Karteni təmsil etdiyi təhsil ocağının fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Diqqətə çatdırıb ki, universitet Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində La Sapienza Universitetində azərbaycanşünaslıq kursunun təşkili bu ölkə ilə daha yaxından tanış olmaq istəyən tələbələr üçün yaxşı imkan yaradır. İtaliyada təhsil alan azərbaycanlı tələbələrin də sayının artdığını vurğulayan A.Karteni hər iki ölkənin gənclərinin tərəfdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəklərinə ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən İtaliyanın xarici işlər nazirinin müavini Benedetto della Vedova ölkəsinin beynəlxalq arenadakı mövqeyindən, xarici ölkələrlə əlaqələrindən bəhs edib. Gənclərin uğurlu karyeraya gedən yollarının təhsil aldıqları universitetlərdən başladığını vurğulayan nazir müavini tələbələri ali təhsil müəssisələrinin imkanlarından geniş istifadə etməyə və fəal olmağa çağırıb.

Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda yüksək səviyyəli əlaqələr mövcuddur. Hər iki ölkənin təhsil ocaqları arasındakı əlaqələrin genişlənməsindən bəhs edən diplomat vurğulayıb ki, La Sapienza Universiteti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlığı çərçivəsində bu təhsil ocağında Azərbaycan multikulturalizmi fənni tədris olunur. Eyni zamanda, universitetin nəzdində Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzi fəaliyyət göstərir.

Diplomat vurğulayıb ki, ölkələrimizin dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Xüsusilə 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın daha da genişləndirilməsinə təkan verməkdədir.

“Milan Expo-2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycan-İtaliya Universitetlərarası Forumunun keçirildiyini xatırladan S.Allahverdiyev bildirib ki, bu kimi tədbirlərin təşkili ölkələrimizin təhsil sahəsində əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. O deyib ki, sürətlə inkişaf edən ikitərəfli əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Manuella Sessanın rəhbərlik etdiyi Azərbaycan-İtaliya Gənclər Assosiasiyası mühüm rol oynayır və gənclərimizin yaxınlaşmasına töhfə verir.

BMT-nin iqtisadiyyat və sosial işlər üzrə departamentinin nümayəndəsi Cerardo Kazini, qurumun kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq Fondunun təmsilçisi Monika Bugghi, Dünya Təhsil Proqramının üzvü Marko Makki və digərləri çıxış edərək düzgün karyera qurmağın yolları haqqında geniş məlumat veriblər. Qeyd ediblər ki, müasir gənclər arzuladıqları ixtisasın peşəkarı olmaları istiqamətində bütün əngəlləri aradan qaldırmaq iqtidarındadırlar.

Sonda müvafiq mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.

Tədbirdə Romada fəaliyyət göstərən elmi dairələrin nümayəndələri, aparıcı tədqiqatçılar, La Sapienza Universitetinin professor, müəllim və tələbə heyəti və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Romada Azərbaycanla İtaliyanın elm və təhsil əlaqələri müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib