SİYASƏT
Rosen Plevneliev: Qlobal Bakı Forumunun unikallığı siyasi müzakirələrdən kənara çıxaraq müxtəlif fikirlərin öyrənilməsindədir
![Rosen Plevneliev: Qlobal Bakı Forumunun unikallığı siyasi müzakirələrdən kənara çıxaraq müxtəlif fikirlərin öyrənilməsindədir](/files/2024/1/1200x630/17105035502987350748_1200x630.jpg)
Bakı, 15 mart, AZƏRTAC
Qlobal Bakı Forumunun unikallığı həm də siyasi müzakirələrdən və vədlərdən kənara çıxaraq müxtəlif fikirlərin öyrənilməsindən ibarətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev söyləyib.
Forumun dünya üçün qlobal nəticələr verəcəyinə əminliyini bildirən R.Plevneliev qeyd edib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq mənim üçün böyük şərəfdir. Biz tədbir çərçivəsində müxtəlif ölkələrin, dinlərin nümayəndələrinin bir araya gəldiyini müşahidə edirik. Məqsəd sülhə nail olmaq üçün düzgün yanaşmanı tapmaqdır. Bu il Azərbaycan üçün çox mühüm bir ildir. Çünki Bakı noyabrında COP29 konfransına ev sahibliyi edəcək. Zənnimcə, Azərbaycan bu vasitə ilə dünyanın mərkəzinə çevriləcək. Bu möhtəşəmdir”.