İQTİSADİYYAT
“Royal Brinkman” şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır
Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Bakıda işə başlayan XIX Azərbaycan Beynəlxalq qida sənayesi sərgisinə ilk dəfə qatılan şirkətlərdən biri Hollandiyanın 128 yaşlı “Royal Brinkman” şirkətidir. Şirkət kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunan istixana avadanlığı istehsal edir.
Satış təmsilçisi Nurfan Akcan AZƏRTAC-a müsahibəsində məlumat vermişdir ki, 30 mindən çox növdə məhsulu dünyanın 93 ölkəsinə ixrac edən şirkət Azərbaycanlı iş adamları ilə əməkdaşlıq etməkdə maraqlıdır.