DÜNYA
Rumıniya Prezidenti: Qara dəniz NATO üçün strateji maraq zonasıdır
Buxarest, 15 avqust, AZƏRTAC
Qara dəniz NATO-nun Avro-Atlantik təhlükəsizliyi üçün strateji maraq zonasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis Rumıniya donanması günü ilə əlaqədar çıxışında deyib: “Biz Qara dənizdə bir çoxlarının müasir Avropada mümkün hesab etmədiyi silahlı münaqişədən cəmi bir neçə yüz kilometr aralıdayıq. Bu gün Qara dəniz strateji bir zonadır. Biz və müttəfiqlərimiz Madrid Zirvə Toplantısında təsdiqlənmiş NATO Strateji Konsepsiyasında açıq şəkildə ifadə etdiyimiz kimi, Avro-Atlantik təhlükəsizliyin tərəfdarıyıq”.
Rumıniya prezidentinin sözlərinə görə, bunu Rumıniyada 5000-dən çox müttəfiq qoşununun olması da sübut edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstələyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]